Ermənistan dövləti Xocalıya görə hüquqi müstəvidə cavab verməlidir - Hikmət Hacıyev
Xocalı tək Azərbaycanın faciəsi deyil, bu, bəşəriyyətin ləyaqətinin alçaldılması idi. Xocalı bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib.
H.Hacıyev bildirib ki, Xocalı mütəşəkkil hərbi qüvvələrin keçirdiyi əməliyyat zamanı işğal olunub, soyqırımı törədilib:"Ermənistan Xocalıya, törətdiyi digər qətliamlara görə hüquqi müstəvidə cavab verməlidir. Ermənistan cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə mütləq üzr istəməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB