YAP Nərimanov rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR
23 fevral tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Fətəli Xan Xoyski 101 (Nərimanov Tibb Mərkəzi) ünvanlı Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov, YAP Nərimanov rayon təşkilatının əməkdaşları və Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər.
Giriş sözü ilə yığıncağı açıq elan edən Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov məlumat verərək, Nərimanov rayon ərazisində bir neçə tibb müəssisəsinin birləşməsi səbəbindən yeni struktur formalaşması ilə bağlı Fətəli Xan Xoyski 101 (Nərimanov Tibb Mərkəzi) ünvanlı Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağının yenidən keçirilməsi zərurəti yarandığını bildirdi.
Hesabat-seçki iclasının sədr və katibi təyin edildikdən sonra, gündəlikdə duran məsələlər barədə məlumat verildi. Bildirildi ki, hesabat-seçki yığıncağının gündəliyində iki məsələ - ərazi partiya təşkilatı sədrinin partiyanın ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, həmçinin, yeni sədr və sədr müavininin seçilməsi məsələləri durur.
Sonra yığıncaqda təşkilati məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov yenidən Fətəli Xan Xoyski 101 (Nərimanov Tibb Mərkəzi) ünvanlı Ərazi Partiya Təşkilatının sədri, Sevinc Nəzərova isə isə sədr müavini seçiliblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.
Sonda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən rəhbərlik edilən Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qurum olduğunu diqqətə çatdırıb. S. Vəliyev partiyanın VII Qurultayından söhbət açaraq, yeni Nizamnamə və proqramın qəbul edilməsindən və struktur dəyişiklikləri haqqında ətraflı məlumat verib. Təşkilat sədri rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib və ərazi partiya təşkilatının daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
Bununla iclas öz işini başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB