Müharibənin qələbə ilə bitməsi bu müharibənin bitməsi demək deyil - ŞƏRH EDİLDİ
“Tənzimləyən beynəlxalq hüquq normaları çərçivəsinə gətirə biləcək sənədlərin tərtib edilməməsi və yaxud Azərbaycanla bu haqda lazımi münasibətlər qurulmaması artıq Ermənistanın bugünü və dünəni haqqında xəbər verir. Düşünürəm ki, məhz bu sənədlərin ortaya çıxmaması, sərhədlərin dəqiqləşdirilməməsi və sülh müqaviləsi olmaması Azərbaycanla Ermənistanın arasında müharibə şəraitində olmasından xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, müharibə şəraitində olduğu dövlətlərin arasında təxribatların olmaması haqqında bu biraz uyğun gəlmir: “Hal-hazırda Azərbaycanla Ermənistan arasında müharibə şəraitindəyik. Sadəcə Azərbaycan tərəfi öz ərazi bütövlüyünü 44 günlük müharibə və üçtərəfli bəyannamənin nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsinə nail olub və müharibəni qələbə ilə bitirib. Müharibənin qələbə ilə bitməsi bu müharibənin bitməsi demək deyil”.
Şair Ramaldanov sözlərinə belə davam edib: “Hələ də sərhədlərin delimitasiya demarkasiyası məsələsi həll olunmayıb. Hələ ki, Ermənistanla sülh müqaviləsi yoxdur. Yəni, sülh müqaviləsi o deməkdir ki, Ermənistan bizim ərazi bütövlüyümüzü tanıyır. Bu olmadığı halda biz indiyə qədər müharibə şəraitindəyik.
Ermənistan tərəfindən açılan atəşlər olub, var bundan sonra da olacaqdır. Bu gün Azərbaycan dövləti öz ordusunda güclü islahatlar apararaq onu gücləndirir. “Dəmir yumruğ”unu daim hazır vəziyyətdə saxlayır və qardaş Türkiyə ölkəsi ilə öz əlaqələrini daha da yaxınlaşdıraraq ordu quruculuğunda da Türkiyə modelinə üstünlük verərək öz ordusunu güclü ordular sırasında görmək məqsədi ilə inkişaf etdirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB