Putin Makronla Ukrayna barədə nə danışıb? - Lavrov detallar barədə

Putin Makronla Ukrayna barədə nə danışıb? - Lavrov detallar barədə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fransa və Rusiya prezidentləri Emmanuel Makron və Vladimir Putin Qərb ölkələrinin Ukrayna ilə bağlı sammitlərin mümkün nəticələri ilə bağlı öz baxışlarını təqdim edəcəkləri barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Prezident Putin çox aydın şəkildə izah etdi və dəfələrlə izah etdi ki, biz sammitlərin əleyhinə deyilik, görüşlərin əleyhinə deyilik, lakin görüşdən əvvəl, xüsusən də belə gərgin bir atmosferdə bu sammitlərin, bu görüşlərin necə bitəcəyini və nə ilə nəticələnəcəyini anlamaq vacibdir. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron fevralın 21-nə keçən gecə yenidən telefonla danışıb və Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər", Lavrov deyib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibinin sözlərinə görə, Moskva və Parisin xarici işlər nazirləri səviyyəsində görüşü yaxın vaxtlarda istisna edilmir. Hazırda Rusiya və Fransa nümayəndələrinin iştirakı ilə gələcək görüşün təfərrüatları açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə