Hər iki dövlət arasında hərbi-siyasi müstəvidə gərginlik artır - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Hər iki dövlət arasında hərbi-siyasi müstəvidə gərginlik artır - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya-Ukrayna arasında vəziyyət çox gərgin olduğu üçün müharibə ehtimalı da əlbəttə ki, var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, hər iki dövlət arasında hərbi-siyasi müstəvidə gərginlik artır: “Tərəflər arasındakı bəyanatlar onu göstərir ki, hər iki dövlət də müharibə istəmir. Əks halda danışıqlar aparılmazdı. Yəni diplomatik aktivlik müşahidə olunmazdı. Təəssüflər olsun ki, aparılan diplomatik aktivlik də heç bir nəticə vermir. Bu da ondan xəbər verir ki, tərəflərin mövqelərində prinsipial ayrılıqlar var. Müharibənin həyata keçirilməməsi üçün fikirlər var və onlar dominantlıq edir, danışıqların zəruriliyini artırır. Digər tərəfdən qeyd edim ki, danışıqların müsbət nəticə verməsi hələki gözlənilmir. Hal-hazırda tərəflər daha çox qoşunların, yəni hərbi aktivliyin azalmasını istəyirlər. Bununla bağlı ümidlər var. Düşünürəm ki, hərbi aktivlik azalarsa siyasi zəmində aparılan danışıqlar dana müsbət nəticə verə bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə