YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib FOTOLAR
18 fevral 2022-ci il tarixdə Uşaq Gənclər İdman və Şahmat məktəbi, Zinzahal, Qaraqullar, Çanaqçı, Muşavaq və Alaxançallı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları YAP üzvlərinin yüksək fəallığı ilə keçdi. Yığıncaq iştirakçıları tərəfindən hesabat məruzələri diqqətlə dinlənilərək ilk partiya təşkilatlarının sədrlərinin keçən dövr ərzindəki fəaliyyətlərinə yüksək qiymət verildi. Yığıncaqlara dəvət olunmuş bitərəflər də çıxış edərək Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasəti bəyəndiklərini bildirdilər.
Yekunda bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi və bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB