YAP Qazax rayon təşkilatının hesabat-seçki yığıncaqları keçirilib FOTOLAR

YAP Qazax rayon təşkilatının hesabat-seçki yığıncaqları keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. 2022-ci il fevral ayının 17-dƏ YAP Qazax rayon təşkilatının Qazaxbəyli kənd, Daş Salahlı kənd 1 saylı tam orta məktəb, Daş Salahlı kənd 2 saylı tam orta məktəb ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib. Hesabat – seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub.

Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər. Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb.YAP Qazax rayon təşkilatının Qazaxbəyli kənd ərazi partiya təşkilatında Samir Fərzəliyev sədr, Ələddin Əsədov sədr müavini, , Daş Salahlı kənd 1 saylı tam orta məktəb ərazi partiya təşkilatında Tahir Hüseynli sədr, Söylü Pirməmmədova sədr müavini, Daş Salahlı kənd 2 saylı tam orta məktəb ərazi partiya təşkilatında Rəna Bayramova sədr, Aliyə Yusifova sədr müavini seçiliblər.

Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz, avanqard partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə