“Araik Arturyan kimi cinayətkarların həbsi mütləq xarakter daşıyır” AÇIQLAMA

“Araik Arturyan kimi cinayətkarların həbsi mütləq xarakter daşıyır” AÇIQLAMA

“Ermənilər Xankəndində prezident seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar paylaşırlar. Separatçı quldurbaşı Araik Arturyanın bir sıra cinayət əməlləri ilə bağlı Ermənistanın mətbuatında məlumatlar dərc olunur. Qeyd olunmalıdır ki, bir dəfə separatçı qurumda prezident seçkilərinin “inaqurasiyası”nın icra olunması Vətən müharibəsi ilə nəticələndi və azərbaycanlıların hissiyyatına toxunan, ikrah hissi doğuran bu kimi addımlar nəticədə ikinci Qarabağ müharibəsinə gətirdi”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda da bu kimi “seçkilərin” keçirilməsi rəsmi Bakı tərəfindən diqqətlə izlənilir: “Bu gün geosiyasi reallıqlar vardır və Azərbaycan tərəfi, Azərbaycanın işğalda olan torpaqlarını azad etmişdir. Eyni zamanda, həm də bu gün Qarabağda kompakt yaşayan ermənilər qarşısında yeni prialitetlər də formalaşmaqdadır. Ermənistan əgər rasional şəkildə addım atarsa onda Türkiyə ilə də sərhədlərin açılması Azərbaycanla kommunikasiyaların bərpası daha cəlb edici təkliflərdir və bu təkliflər region xalqlarının rifahına xidmət edir. Araik Arturyan kimi cinayətkarların isə cinayət məsuliyyətinə cəlb olunması mütləq xarakter daşıyır. Çünki Vətən müharibəsi zamanı çox saylı hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması bu gün siyasi gündəlikdədir. Gəncə, Bərdə terroru, Tərtərin və digər və Azərbaycan şəhərlərinin raket atəşinə tutulması faktı ilə bağlı olan şəxslərin məsuliyyətə cəlb olunması həyata keçirilməlidir. Bu xüsusda təbii ki, cinayətkar Araik Arturyan da çoxsaylı cinayət əməlləri törətmişdir. Onun saxta prezident statusunun ləğvdən sonra əməliyyat istintaq tədbirləri həyata keçirilməli və onun həbsi icra olunmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə