Ermənilərin qanunsuz apardığı mühəndis işlərinin qarşısı alınıb
Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB