Ermənistanın tək yolu sülh müqaviləsi imzalamaqdan keçir - DEPUTAT ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə fevral ayının 13-də növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdi. Bu dəfəki səfər Ağdam və Ağcabədiyə oldu. Səfər çərçivəsində bir sıra vacib infrastruktur layihələrin təməlqoyma mərasimi həyata keçirildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Cümə Məscidinin yenidən qurma və bərpası işlərinə start verildi: "Bütün bunların hamısı əlbəttə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə düzgün düşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsidir. Bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərimizdə geniş yenidənqurma, quruculuq, bərpa işləri həyata keçirdir. Cənab Prezident səfəri zamanı bir sıra vacib məsələlərə toxundu. O cümlədən də Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı vacib mesajlar verdi. Prezident qeyd etdi ki, ilk növbədə qarşılıqlı olaraq hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı və daha sonra sülh müqaviləsi imzalanmalıdır. Prezidentin çıxışı Ermənistanda baş qaldıran revanşist qüvvələrə bir mesaj idi. Cənab Prezident həmçinin qeyd etdi ki, Ermənistanda yenidən hər hansı bir qüvvə baş qaldıracaqsa, bu dəfəki zərbəmiz onlar üçün ağır ola bilər. Bu baxımdan da bölgədə sülhün və əmin-amanlığın uzun müddətli təmin olunması üçün ilk növbədə iki ölkənin ərazi bütövlüyü tanınmalı və sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bilməlidir ki, onun başqa alternativ yolu yoxdur. Ermənistanın tək yolu Azərbaycanın ərazi bütövlüyünü tanımasından və sülh müqaviləsi imzalamaqdan keçir. Əks təqdirdə Ermənistanı daha ağır və ciddi nəticələr gözləyir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB