Tom Kuper: “Ermənistanın siyasəti şovinist xəyallara bənzəyir” - MÜSAHİBƏ
Avstriyalı analitik və hərbi aviasiya tarixçisi Tom Kuperlə “Caliber.Az”-a qısa müsahibəsində Cənubi Qafqazdakı vəziyyət, Ermənistanın siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sizcə, Azərbaycanla Ermənistan arasında yeni genişmiqyaslı münaqişənin başlanması mümkündürmü?
- Güman edirəm. Xarici pul və maraqlardan qaynaqlanan bu qarşıdurmada həddindən artıq şovinizm var, ona görə də Bakı ilə İrəvan arasında münaqişənin yaxın gələcəkdə həll olunacağı real deyil.
- Rusiya sülhməramlılarının Qarabağa daxil olmasını, onların rolunu və fəaliyyətini necə qiymətləndirirsiniz?
- Şəxsi fikrimi bildirəcəm. Bu da ondan ibarətdir ki, mən Rusiya sülhməramlılarının Moskvanın icazəsi və zəmanəti olmadan heç nə baş verməyəcəyini göstərmək üçün Qarabağda olduğuna inanıram. Hər şey mütləq Rusiya Federasiyasının maraqlarına cavab verməlidir.
- 44 günlük müharibə boyu Ermənistan daim Rusiyadan narazılığını bildirib və onu xəyanətdə ittiham edib. Erməni tərəfinin iddiaları nə dərəcədə əsaslıdır?
- Düzünü desəm, mən onları çox gülməli hesab edirəm. Erməni ittihamlarını müzakirə etmək tamamilə mənasızdır. Erməni siyasəti şovinist xəyalları və arzulu düşüncələri xatırladır və reallıqla heç bir əlaqəsi yoxdur.
- Ermənistanın məğlubiyyətinin əsas səbəblərini nədə görürsünüz?
- Çox uzun müddət faktları təhrif edəndə sonradan uydurulmuş mifə inanmağa başlayırsan. Özlərini, xüsusən də Azərbaycandan üstün olduqlarına o qədər inandırdılar ki, sonda onun onlara layiqli cavab verə bilməyəcəyinə, onların öz ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparmayacağına inandılar.
- Avropa İttifaqının Cənubi Qafqazda maraqları nədən ibarətdir?
- İzah etmək çətindir. Birincisi, Aİ-nin Qafqazda heç bir marağı yoxdur. Aİ ortaq xarici maraqları, məqsədləri, təhlükəsizlik siyasəti və ya hərbi qüvvələri olan siyasi birlik deyil. Ancaq burada bir "amma" var.
Aİ-nin bütün demokratik ölkələrində siyasi sistem elədir ki, oliqarxiya (yaxud üzv ölkələrin hər birinin cəmiyyətinin ən zəngin insanları) mediaya nəzarət edərək siyasətçilərə öz siyasətini diktə edir. Ona görə də təəccüblü deyil ki, Aİ-yə üzv dövlətlərin uzunmüddətli həll yollarına məhəl qoymadan münaqişələri qızışdırmağa çalışan yerli oliqarxiyaların maraqlarını təmsil edən hökumətlər var- hamısı öz mənfəətləri üçün çalışır.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB