Azərbaycan 50 il sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək TƏHLİL
Dövlət başçısı 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb
Məlum olduğu kimi, ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasındakı seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmasını çox böyük hadisə, bizim böyük qələbəmiz kimi dəyərləndirmişdi. Azərbaycan Prezidenti vurğulayıb ki, Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir: "Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi, əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir... Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar, doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir".
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır. 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır. Əlbəttə ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Azərbaycan beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik, əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsində əlverişli məkandır. Uğurla inkişaf edən Azərbaycanda müasir dövrün çağırışlarına uyğun istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu, davamlı xarekter daşıyır.
Konqresin Azərbaycanda keçirilməsinin qələbəmiz olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bizim çox güclü rəqiblərimiz var idi: "Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən, məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var". Dövlət başçısı Astronavtika Konqresinin Bakıda keçirilməsinin önəmli siyasi qələbə olduğunu bildirib. Altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Hələ Sovet İttifaqında ilk və yeganə Konqres Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Bakı şəhərində keçirilmişdir. Bu tədbirdən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdur. "Kaspi" Tədqiqat Mərkəzi yaradılmaqla, Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan "Salyut" və "Soyuz" kimi peyklərdə istifadə olunmuşdur.
Bu gün Azərbaycan süni peyk layihələri ilə kosmik klubun aktiv üzvüdür. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində uğurların əldə olunması ölkəmizin azsaylı dövlətlərin təmsil olunduğu kosmik kluba üzv olmasına səbəb olub. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.Bu gün Azərbaycan dünyada kosmik sənəayə ölkəsi olaraq öz töhfəsini verir və kosmik sənaye ölkəsi olaraq dünya dövlətlərinin diqqətindədir.Təbii ki, hər zaman olduğu kimi Azərbaycan bu dəfə də öz təcrübəsindən, təşkilatçılıq bacarığından yararlanaraq Beynəlxalq Astronavtika Konqresini ən yüksək səviyyədə təşkil edəcəkdir.1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu Konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB