"Gəncə dövlət başçımızın hər zaman xüsusi diqqət mərkəzindədir"- - POLİTOLOQ ŞƏRH ETDİ

"Gəncə dövlət başçımızın hər zaman xüsusi diqqət mərkəzindədir"- - POLİTOLOQ ŞƏRH ETDİ

“Postmüharibə dövrünün önəmli məsələlərinin həll olunduğu, Qarabağda böyük bərpa-quruculuq işlərinin aparıldığı, ölkənin siyasi, ictimai, sosial-iqtisadi gündəliyinin dolğun olduğu bir zaman kəsiyində cənab Prezident İlham Əliyevin yanvarın 30-da gözəl diyar, Azərbaycanın ikinci şəhəri Gəncə şəhərinə səfəri bir neçə amillər əsas tutulmaqla mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Şəbnəm Həsənova qeyd edib ki, birincisi, nəzərə alsaq ki, dövlət başçımızın da qeyd etdiyi kimi bu səfər cənab Prezidentin Gəncəyə Prezident kimi 18-ci səfəridir: “O zaman indiyə qədər Gəncə şəhərində bir sıra irimiqyaslı layihələrin icra edilməsi, indi isə içməli su və kanalizasiya problemləri kimi məsələlərlə bağlı dövlət başçımızın yenə də öz tapşırıqlarını verməsi, bununla yanaşı, avtomobil və dəmir yollarının müasirləşdirilməsi, əvvəllər yalnız uçuş-eniş zolağı yalnız orta tipli və hərbi təyyarələri qəbul edə bilən, 2006-cı ildə isə dövlət başçımızın təşəbbüsü ilə Gəncə Beynəlxalq Hava Limanının yenidən qurulması və Beynəlxalq Hava Limanı statusunu alması kimi əsas infrastruktur layihələri, səhiyyə, təhsil sahəsində bütün sosial infrastrukturun yenilənməsi, mədəniyyət binalarının daim diqqət mərkəzində olması, “ASAN xidmət” Mərkəzinin açılışı, Gəncə Dram Teatrının açılışı, ölkəmizin ən böyük idman sarayı olan Gəncə İdman Sarayının tikintisi və bütövlükdə reallaşdırılan kompleks işlər dövlət başçımızın düzgün müəyyən edilmiş siyasətinin nəticəsini bir daha nümayiş etdirir. Yəni, ölkənin tarixi, siyasi və ictimai həyatında önəmli yer tutan Gəncə dövlət başçımızın hər zaman xüsusi diqqət mərkəzindədir. İkincisi, bu səfər ondan xəbər verir ki, baxmayaraq postmüharibə dövründə cənab Prezident İlham Əliyevin şəxsi rəhbərliyi və nəzarəti altında əsas diqqət Qarabağın tez bir vaxtda dirçəldilməsinə istiqamətlənib, digər regionlarımız da diqqətdən kənarda qalmır. Üçüncüsü, və zənnimcə ən önəmli və tarixi məqam cənab Prezident tərəfindən təqribən dörd hektarda yaradılacaq Gəncə Memorial Kompleksin təməlinin qoyulması oldu".

Politoloq vurğulayıb ki, müharibə dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalandı: “Bu baxımdan da dövlət başçımızın “…dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır”, sözləri hər bir azərbaycanlının ürəyində olan hisslərdən xəbər verdi. Gəncə Memorial Kompleksin təməlinin qoyulması o deməkdir ki, müharibə dövrünün reallıqlarını sadəcə indiki nəsil bilməli deyil, biz bunu gələcək nəsillərə də çatdırmalıyıq ki, onlar da necə bir qonşu dövlətlə üz-üzə olduğumuzu bilsinlər, erməni vəhşiliyindən və faşizmindən hər zaman agah olsunlar. Bununla yanaşı, bu məsələni faktlaşdıraraq dünyanın da gözü önündə saxlamalıyıq ki, müharibədə Azərbaycan xalqının böyüklüyünün, dövlət başçımızın düzgün siyasət aparmasının nəticəsi olaraq Ermənistan tərəfinin heç bir mülki infrastrukturunu və mülki şəxslərini hədəf almamamağımıza baxmayaraq qarşı tərəfin böyük amansızlıqla, insanları yatan yerdə qadın qoca körpə demədən vəhşilik, hərbi cinayət törətdiyini bilsinlər. Məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək idi. Bombalanan Gəncə və onun əhalisi, eləcə də Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan əhalisi bir an belə ev-eşiklərindən ayrılmadılar. Müharibə zamanı dövlət başçımız hər bir xalqa müraciətində bildirirdi ki, biz döyüş meydanında qisasımızı alacağıq. Hər bir vədinə sadiq olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altənda Şanlı Azərbaycan Ordusu Ermənistana elə böyük bir zərbə vurdu ki, qarşımızda diz çökdülər, 10 min fərari verərək, tamamilə biabır oldular. Xalqımız da dövlət başçımızın ətrafında ətdən sipər hörmüşdü, ölkənin dörd bir yanından hər kəs, hətta övladını, anasını, ən yaxın ailə üzvünü itirmiş insanlar belə qətiyyətlə bildirirdi ki, dövlət başçımızın ətrafında yumruq kimi birləşmişik, yolumuz Qarabağ yoludur. Məhz bu amil qələbə əzmimizi daha da artırırdı. AZƏRTAC-a müsahibəsi zamanı erməni faşizmi ilə bağlı bir önəmli məsələyə də toxunuldu ki, o da bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması idi. Nəzərə alsaq ki, erməni faşistləri haqqında məsələni ilk dəfə siyasi müstəviyə gətirən məhz bizim dövlət başçımız olmuşdur, deməli, biz Serjik Sarkisyan və Robert Köçəryan kimi canilərin revanşist ideyalarını, bütün erməni faşizminin təzahürlərini sadəcə ölkəmizdən deyil, regiondan, yer üzündən silmək üçün bütün resurslarımızı səfərbər edirik”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə