Cəzalandırma tədbirləri ən sərt şəkildə davam etdirilməlidir - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Müharibənin başa çatmasından 15 ay keçməsinə baxmayaraq erməni silahlı qüvvələrinin Azərbaycan Dövlət Sərhədindəki mövqelərimizi atəşə tutması birmənalı olaraq təxribat fəaliyyətidir. Hesab edirəm ki, bu təxribat fəaliyyətlərinə ordumuz ən sərt şəkildə cavab verməli, atəş açan düşmən mövqeləri darmadağın edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, yalnız bundan sonra Ermənistan tərəfi həyata keçirdiyi təxribatların nə ilə nəticələnəcəyini daha aydın şəkildə təsəvvür edə biləcək: "Yalnız adekvat cavab tədbirlərindən sonra erməni təxribatları bəlkə də başa çatdı. Əgər çatmasa yenə də cəzalandırma tədbirləri ən sərt şəkildə davam etdirilməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə