3+3 formatı regiona nə vəd edir? - DEPUTAT AÇIQLADI

"“3+3” formatı ümumiyyətlə bölgədə yeni konfiquriyasiyanın yaranmasını özündə ehtiva edir. Belə ki, cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi və Rusiya Prezidenti Vladimir Putinin dəstəklədiyi bu fomat özlüyündə uzun illər zülmətə bürünmüş inkişafdan qalmış bu bölgəni gələcəkdə işıqlandırmağa, inkişafa, tərəqqiyə apara bilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu, bütün bölgə ölkələri üçün çox böyük həm siyasi, həm iqtisadi gəlirlər vəd edə bilər: "Həm Azərbaycanın, həm də Türkiyənin, Rusiyanın, İranın, Gürcüstanın və Ermənistanın kifayət qədər inkişaf etməsi üçün çox vacib amillər qeyd etmək olar. Ermənistan blokadaya alınmış, küncə sıxılmış, iqtisadi cəhətdən zəlil durumda olmuş bir ölkədir. Bu altılığın yaranması və inkişaf etməsi bəlkə də ən çox Ermənistan üçün vacib amil sayılmalıdır. Burada Gürcüstanın mövqeyi hələlik aydın deyil. Gürcüstan formata qoşulmaq istəməsə də, həm cənab Prezident İlham Əliyev, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin dəfələrlə fikirlərində Gürcüstanın da bu formata qoşulmasını bildirmişdir. Həqiqətən də Gürcüstanın bu formatda iştirakı onun üçün əlverişli sayılmalıdır. Geosiyasi anlamda bölgədə uzun illər konflikt həddində olmuş Ermənistanın burada vandal və faşist siyasəti bu bölgənin tamamilə çətin bir bölgəyə çevrilmişdir.

Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi altında şanlı Azərbaycan ordusu bütün bunlara son qoydu və Azərbaycan öz torpaqlarına qovuşaraq suverenliyini bərpa etdi. Bununla da Azərbaycanın diqtəsi altında artıq bölgəyə sülh və inkişaf vəd olunur. “3+3” formatının Türkiyədə keçiriləcək görüşündə də özlüyündə bir çox müsbət çalarları ehtiva edir. Düşünürəm ki, bu cür görüşlərin tez-tez keçirilməsinə böyük ehtiyac var".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə