Prezident şəxsiyyətlərə hər zaman böyük dəyər verib

"Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində nəcib əməllərin sahibi olan böyük xeyriyyəçi kimi yadda qalıb. Ölkəmizdə bir sıra önəmli layihələrin təşəbbüskarı olan Hacı Zeynalabdin Tağıyev ümumilikdə Azərbaycanın inkişafında xüsusi rol oynamışdır. Beləki Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Bakıya təmiz içməli suyun gətirilməsi üçün Şollar su kəməri çəkilmiş, teatr binası, müsəlman qızlar üçün ilk dünyəvi məktəb inşa edilmiş və yüzlərlə azərbaycanlı xaricdə təhsil almışdır". SİA-nın məlumatına görə, bunu Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, dövlətimiz və xalqımız xeyriyyəçi əməlləri ilə yaddaşlarda qalan Hacı Zeynalabdin Tağıyevi hər zaman böyük sevgi ilə yadd edir: “Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə Hacı Zeynalabdin Tagıyevin abidəsinin açılış mərasiminin keçirilməsi də məhz Azərbaycan dövlətinin və ölkə başçımızın Azərbaycan xalqı üçün xidmətləri olan şəxsiyyətlərə verilən dəyərin göstəricisdir. Hacı Zeynalabdin Tağıyevin abidəsinin şəhərin mərkəzində inşa edilməsi və açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin Hacı Zeynalabdin Tağıyev haqqında yüksək fikirlər söyləməsi, Azərbaycan xalqı qarşısında xidmətləri olan şəxsiyyətlərin heç zaman unudulmadığını göstərir”.

Eyni zamanda cənab Prezident İlham Əliyevin göstərişi ilə 2000-ci ildə Hacı Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmış, 2003-cü ildə isə Hacı Zeynalabdin Tağıyevin evi təmir edilmişdir - deyən S.Vəliyeva əlavə edib ki, xüsusilə qeyd etmək lazımdır ki, xeyriyyəçilik ənənələrini yaşadan və davam etdirən Heydər Əliyev Fondunun əsas missiyasi və məqsədi, insanlara köməklik etməkdən, Azərbaycan dəyərələrinin və mədədniyyətinin dünayada təbliğ edilməsindən ibarətdir: “Fond tərəfindən bu istiqamətlər üzrə bir çox beynəlxalq layihələr icra edilmiş və Heydər Əliyev Fondunun Azərbaycanın dünyada tanınmasında böyük rolu vardır”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə