"Sülhməramlıların "görməmişik", "bilməmişik" sözləri absurddur"- - POLİTOLOQ ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi dünyanın modern çağırışlarına cavab verməsi baxımından, məzmun etibarilə isə dolğun olduğu üçün müstəsna əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

"Müsahibə illər ərzində Azərbaycanın daxili və xarici siyasətinin önəmli istiqamətlərinin bir daha nəzərdən keçirilməsi, aktual məsələlərin müzakirəsi və gələcək üçün Azərbaycanın yol xəritəsinin müəyyənləşdirilməsi baxımından da olduqca vacibdir. Müsahibədə dövlət başçımızın səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan dövləti və cəmiyyəti iç-içədir. Belə ki, cəmiyyətimizi narahat edən bütün məsələlər birbaşa dövlət başçımızın nəzarəti altındadır ki, bu da cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durduğunu reallığını bir daha sübut edir.
Son günlərdə cəmiyyətimizi yenə də narahat edən məsələlərdən biri Rusiya sülhməramlılarının davranışı, fəaliyyəti ilə əlaqədardır ki, onlar bölgədə kritik vəziyyətin, gərginliyin aradan qaldırılması işindən məsuliyyət daşısalar da, əksinə yol verdikləri davranışlar vəziyyəti eskalasiya həddinə gətirir. Düzdür, insidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, sülhəramlıların nəzarətində olan ərazidə ciddi insidentlər yaşanmayıb. Bu baxımdan da ümumi olaraq sülməramlıların fəaliyyətini müsbət xarakterizə etsək də buraxılan boşluqlar, ya da artıq daha dəqiq ifadə etsək bilərəkdən yol verilən ciddi səhvlər cəmiyyətimizdə ciddi qıcıq doğurur. Belə ki, sülhməramlılar Xankəndiyə və ümumiyyətlə, Qarabağa, sülhməramlıların nəzarətində olan bölgələrə erməniləri rahat buraxırlar, onların girişini təmin edirlər, çıxışın isə qarşısını alırlar. Sözsüz ki, burada əsas məqsəd süni şəkildə ermənilərin demoqrafik artımla say üstünlüyünü təmin etməkdir. Ya da Valeri Pekresin son qanunsuz səfərinə “görməmişik”, “bilməmişik” kimi sözlər sərf etmək, ört-basdır etmək absurddur. Bu sülhməramlıların vəzifə səlahiyyətlərinə qeyri-ciddi yanaşdıqlarından, artıq tamamilə aydın olur ki, bilərəkdən bu cür əməllərə rəvac verdiklərindən xəbər verir. Çünki yoxlanılmayan maşınların içində silah-sursat olmayacağına sülhməramlıların özü də təminat verə bilməz, bir halda ki, yoxlanılmır. Laçın dəhlizində Azərbaycan nəzarətə malikdir, orada olan bütün məlumatlardan xəbərimiz var. Biz rəsmi qaydada, ən ali səviyyələrdə Rusiyanın müdafiə nazirinə, sülhməramlı missiya rəhbərinə bununla bağlı narazılıqlarımızı, iradlarımızı bildirmişik.
Azərbaycan cəmiyyəti hər şeyi aydın görür, cəmiyyətimizin narazılığı dilə gətirilir, Azərbaycan dövləti də öz hərbi gücünü daim artırır. Sülhməramlıların bu davranışları erməniləri sülhə gətirmə məsələsinin qarşısını alır, onların revanşist əməllərinə meydan yaradır ki, bu da bir tərəfdən ermənilərin özlərinin itirməsi ilə nəticələnirsə, digər tərəfdən də bölgədə gərginliyin süni şəkildə qorunub-saxlanılmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB