“Tədbirli şəkildə minaların təmizlənməsini həyata keçirməliyik” – POLİTOLOQUN MARAQLI YANAŞMASI
Bu günkü vəziyyətdə Ermənistan tərəfindən Azərbaycana, yaxud da Ermənistana dəstək verən Rusiya tərəfindən Azərbaycana Qarabağ ərazisində istər birinci Qarabağ savaşından sonra və istərsə də ikinci Qarabağ savaşı ərzində basdırılmış minaların xəritələrinin verilməsi o dərəcədə də real gorünmür. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq qeyd edib ki, ən azından bunu onlar özləri üçün təsir rıçağı hesab ediblər və təbii, onların hərbi terrorçularının qaytarılması müqabilində bizə verilən xəritələrin o dərəcədə effektli olmadığı, həqiqəti əks etdirmədiyi bizim üçün görünəndir, bunun dəfələrlə də şahidi olmuşuq.
“Dəfələrlə yoxlanılıb ki, bu mina xəritələri həqiqəti əks etdirmir. Mən düşünmürəm ki, Ermənistan tərəfi mina xəritələrinin Azərbaycana tam şəkildə təhvil verə. Hər dəfə müəyyən bir boşluq qoymaqla həmin xəritələrdən hazırlayıb verə bilərlə, amma orada hər detal qeyd olunmayacaq və bütün minaların yeri orada göstərilməyəcək. Çox təəəsüflə demək lazımdır ki, bu il də minaların xəritələrinin, doğru xəritələrin verilməməsi nəticəsində yenə də mina partlayışının şahidi ola bilərik. Ümid etmək istərdik ki, olmaz, amma vəziyyət bunu deməyə əsas verir. Ümid edirəm ki, tezliklə Azərbaycana dəstək verən dövlətlərin köməyi ilə Azərbaycan Qarabağ ərazisində basdırılmış minaları təmizləməyə müvəffəq olar həmin ərazilərdə hərbçilərimizin xəsarət alması, həlak olması ilə nəticələnən mina partlayışına son qoyula bilər.
Düşünürəm ki, 2022-ci ildə də bütün gücümüzlə çalışmalıyıq ki, həmin ərazilərdə xəritələrin əldə edilməsinə nail olaq, amma bunu edə bilməsək belə, ruhdan da düşmək klazım deyil və öz gücümüz hesabına həmin ərazilərin minalardan təmizlənməsini həyata keçirməliyik. Təbii ki, 2022-ci il də bu baxımdan gərgin olacaq. Yəni, doğru xəritələrin verilməsi inandırıcı görünmür və artıq bir neçə xəritə verilibdir və həmin xəritələr də doğru olmayıbdır, inanmıram da ki, bundan sonrakı xəritələr də həqiqəti tam əks etdirə. Orada da müəyyən boşluqlar olacaq və odur ki, fikrimcə bu məsələdə əsas iş, əsas güc Azərbaycanın öz üzərinə və Azərbaycana dəstək verən dost və müttəfiq dövlətlərin üzərinə düşür ki, həmin qüvvələrin köməyi ilə biz Qarabağ ərazisində minaların təmizlənməsi prosesini həyata keçirək, ən azından 2023-cü ilə qədər tam da olmasa həmin ərazilərin böyük bir hissəsini minalardan təmizləyək. Nəzərə almaq lazımdır ki, düşmən orada 30 il yaşayıb və həmin ərazilərin hər bir hissəsinə mina yerləşdirə bilər, böyük ehtimalla yerləşdirib də və partlayışlar da bunu təsdiqləyir. Ona görə də ehtiyatlı və tədbirli şəkildə minaların təmizlənməsi prosesini həyata keçirməliyik”, deyə politoloq Samir Hümbətov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB