Parakənd kəndində şəhid Seymur Allahverdiyevin məzarı ziyarət olunub
29.12.2021-ci il tarixində Gədəbəy RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının gənclər birliyinin üzvləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Parakənd kənd sakini Allahverdiyev Seymur Qərib oğlunun, ildönümü münasibətilə məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Daha sonra ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib. Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB