Anası alban olan rus keşişi Qarabağ erməniləri haqqında TARİX+FAKT
"Qarabağ erməniləri, əslində, erməni deyillər, onlar ayrıca qəbilədirlər və qədimdə alban adlandırıblar"
Pavel Aleksandroviç Florenskiy - 1882-ci ildə Azərbaycanda, Yevlaxda anadan olub, rus pravoslav kilsəsinin keşişi, ilahiyyatçısı, alimi və şairidir. 1930-cu illərdə ona qarşı sovet mətbuatında kampaniyalar aparılırdı. 1933-cü ildə həbs edilən Florenskiy beş aydan sonra 10 illik həbs cəzasına məhkum olunub, 1937-ci ilin 8 dekabrında isə güllələnib.
SİA-nın məlumatına görə, Pavel Aleksandroviç Florenskiy haqqında yazılan mənbələrdə bildirilir ki, onun anası Gülüstanın alban məlikləri, Məlik-Beqlyarovlar nəslindəndir, atası isə rusdur. Florenskiy 1916-cı ilin 20 sentyabr ayında ailəsinə yazdığı məktubunda bu gün də aktual ola biləcək maraqlı məqama toxunub və qeyd edib: “Qarabağ erməniləri, əslində, erməni deyillər, onlar ayrıca qəbilədirlər və qədimdə alban adlandırıblar. Ermənilər isə onları axvan adlandırır. Axvanların öz dilləri və ənənələri mövcuddur”.
Digər məlumatda isə qeyd olunur ki, Ağsu, Şamaxı rayonlarında yaşayan ermənilər erməni dilini bilmirdilər, onların öz danışıq vasitələri – alban (mümkündür ki, udin) dilində olub. Yalnız sovetlər quruluşu hakimiyyəti ələ aldıqdan sonra onlar üçün erməni dilində məktəblər açılıb və qədim albanlar üzərində erməniləşdirmə siyasəti tətbiq olunub. Əslində isə erməniləşdirmə siyasəti çar zamanında da aparılıb və əbəs deyil ki, bu gün qədim alban kilsələrinin sonradan erməniləşdirilməsi faktları barədə də kifayət qədər dəlillər ictimaiyyətin diqqətinə çatdırılmaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB