Erməni hərbçilərinin qaytarılması böyük bir jestdir - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

Erməni hərbçilərinin qaytarılması böyük bir jestdir - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

Bu günə qədər dəfələrlə bəyan etmişik ki, biz bölgədə, Cənubi Qafqazda sülhün əmin-amanlığın bərqərar olmasının tərəfdarıyıq, Ermənistanla sülh müqaviləsini imzalamağa, komunikasiya xətlərinin, iqtisadi layihələrin reallaşdırılması ilə əlaqədar məsələlərə hazırıq. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloq vurğulayıb ki, Ermənistanda bütün sahələrdə qarışıqlıq, ələlxüsus xaos olmasına baxmayaraq, Azərbaycan yenə də bu ölkə ilə sülh sazişi imzalamağa hazırdır.

“Brüssel görüşündən sonra Azərbaycan dövlətinin atdığı addım, 10 erməni hərbçisinin, terrorçusunun, separatçısının Ermənistana qaytarılması beynəlxalq ictimaiyyətə, eləcə də Ermənistana böyük bir jestdir. Bundan sonra da bir çox qurumlar, həm də dövlət başçıları Azərbaycanın bu addımını təqdirəlayiq addım kimi qeyd ediblər. Ancaq bunun müqabilində Ermənistan yenə də məkirli niyyətlərindən əl çəkmir. Hətta Azərbaycan tərəfinə verilən mina xəritələri də dəqiq deyil. Hələ də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Ermənistan praktik addımlar atmır. Paşinyanın boş-boş bəyanatlarından başqa ortada bu günkü günə qədər heç nə yoxdur. Cənab Prezidentin qeyd etdiyi kimi, əgər Ermənistan başqa bir yolu seçərsə, yenidən dəmir yumruq dövlətin başına dəyəcəkdir. Ola bilsin ki, qarşıda, yeni il ərəfəsi üçtərəfli görüş, dövlət başçıları səviyyəsində Moskva görüşü baş tuta bilər. Bu görüş də bölgədə sülhün, əmin-amanlığın bərqərar olması və ən əsas da kominikasiya xətlərinin açılması ilə əlaqədar 10 noyabr müqaviləsinin yerinə yetirilməsi ilə əlaqədar praktik addımların atılmasından ibarət müsbət bir tandem ola bilər.

Bölgədə, bildiyimiz kimi, Türkiyə və Rusiya manitorinq qrupu var, onlar bu ərazilərdə bu hərbi gəlişmələrə birbaşa diqqət edirlər. Buna baxmayaraq Azərbaycan Ordusu, Azərbaycan dövləti hər zaman aqressora cavab verməyə hazırdır. Rusiyada yeni il ərəfəsində keçirilməsi gözlənilən görüşə də Azərbaycan hazırdır və bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasının tərəfdarıdır. Ermənistan da öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, hansıki bu qaçılmazdır, amma bu günkü günədək hələki şərqi Zəngəzurda, Qarabağda separatçıların hərbi qulluqçuları fəaliyyətdədirlər və onlardan hərhansı bir neqativ addımlar gözləniləndir. Ancaq Azərbaycan Ordusu buna həmişə layiqli cavab verməyə hazırdır”, deyə politoloq Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə