“Təxribatların geniş vüsət almasına inam yoxdur” – POLİTOLOQUN MARAQLI AÇIQLAMASI
“Artıq 19 dekabr tarixində biz daha 10 erməni hərbçisini Ermənistan tərəfinə qaytardıq. Təbii ki, mənim üçün maraqlı olan dünən, 21 dekabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı verdiyi açıqlama oldu. Yəni, Gürcüstana səfəri zamanı açıqlama vermişdi ki, Azərbaycanla avtomobil yolunun açılması gündəm ola bilər. Dünən də verdiyi açıqlamanın birində isə artıq Azərbaycanla sülh məsələsində hansısa bir razılıq əldə oluna bilə, kimi bir ifadəni işlətməsi o deməkdir ki, artıq Paşinyan vəziyyətin necə, nədən ibarət olduğunu anlayır və Azərbaycanın atdığı addımları, jestləri artıq başa düşür.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, bu tip təxribatların artıq geniş vüsət almnasına doğrusu, o qədər inamı yoxdur, amma ola bilsin ki, təbii, hələ ki, sərhəddə lokal toqquşmaların olması gözləniləndir.
“Dünən yox, ondan öncəki gün Azərbaycan hərbiçisinin biri Naxçıvan istiqamətində erməni snayperinin atəşi nəticəsində şəhid edildi və təbii, bu hallar hələ olacaq. Çünki, sərhədlərin delimitasiya və demarkasiya işləri aparılmayıbdır hələ, hansıki hyata keçirilməsi lazımdır və hesab edirəm ki, sərhədlər müəyyən edildikdən sonra, necə ki, İranla sərhəddimiz formalaşıb, necə ki, Rusiya ilə sərhəddimiz formalaşıb, eləcə də Ermənistanla sərhədlər formalaşandan sonra hesab edirəm ki, bu cür təxribatların artmasının qarşısı da alınacaqdır. Artıq Ermənistandan da hardasa az da olsa müsbət siqnalların alındığı hiss olunmaqdadır. Təbii ki, bunun davamlı olması üçün Ermənistan rəhbərliyinin, ümumilikdə erməni cəmiyyətinin də üzərinə böyük öhdəlik düşür. Çünki, Azərbaycan erməni terrorçularını bu və ya digər formada təhvil verirsə, bunu humanizm prinsipini əsas tutaraq edirsə, deməli Ermənistan tərəfi də bu məsələdə adekvat addım atmalıdır. Düşünürəm ki, əvvəlki dövrlərə nisbətən Brüssel görüşündən sonrakı dövrdə nisbətən də olsa sükutun olacağı gözləniləndir. Yəni, gərginlik artıq zəifləyəcəkdir. Tam şəkildə məsələ bağlanmasa da, müəyyən bir mənada yekunlaşacağı gözləniləndir. Hesab edirəm ki, qarşıdakı dövrdə tərəflər arasında yenidən bir və ya bir neçə görüş keçirilərsə, sərhəddəki gərginliklər daha da azala və bu tendensiya getdikcə davam edə bilər. Düşünürəm ki, bu məsələ çox önəmlidir, yəni tərəflərin görüşməsi çox önəmlidir, bu görüş yenidən baş tutarsa, tərəflərin razılaşması gözləniləndir və sərhədlərin delimitasiya, demarkasiya işləri gedərsə, bu artıq hesab edirəm ki, tərəflər arasında itgilərin azalmasıbna gətirib çıxara bilər”, deyə politoloq Samir Hümbətov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB