Rubinyanın üstünlükləri nədədir? İLGİNC

Rubinyanın üstünlükləri nədədir? İLGİNC

Andranik Koçaryan: "Məsələ yalnız bunda deyil"

“Ruben Rubinyanın yaşı qalsın bir tərəfə, onun digər üstünlükləri var. O, parlamentin yaxşı vitse-spikeridir”. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı hakim “Vətəndaş sazişi” partiyasının parlamentdəki müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Andranik Koçaryan Ruben Rubinyanın Ermənistanın Türkiyə ilə dialoqu çərçivəsində xüsusi nümayəndə təyin edilməsinə münasibətini açşıqlayarkən deyib.

O, həmçinin xatırladıb ki, Rubinyan parlamentin vitse-spikeri olması ilə yanaşı, daha əvvəl xarici işlər nazirinin müavini vəzifəsini də daşıyıb. “Məsələ yalnız bunda deyil. Mən ümidvaram ki, Rubinyanın kifayət qədər təqdim ediləcək aparatı olacaq ki, bu da onun daha əvvəl təyin olunmuş məsələlər istiqamətində danışıqlar aparmasına imkan verəcək”, deyə Koçaryan bildirib.

Qeyd edək ki, Ermənistanın ictimai-siyasi rəyində hər kəs birmənalı olaraq Rubinyanın xüsusi nümayəndə təyin olunması ilə bağlı müsbət fikirlər söyləmir və onun danışıqlar aparmaq üçün təcrübəsinin olmadığını deyənlər də var.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə