Novoivanovka kəndində şəhid Məmməd Əliyevin məzarı ziyarət olunub FOTOLAR
17.12.2021-ci il tarixində Gədəbəy rayon icra hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Zaur Mehdiyev, YAP Gədəbəy rayon təşkilatının gənclər birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Novoivanovka kənd sakini Əliyev Məmməd Cahangir oğlunun ildönümü münasibətilə ruhuna dualar oxundu, ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid valideynləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət eləsin, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB