Mina xəritələri hər iki tərəfdə də var - POLİTOLOQ AÇIQLADI

Mina xəritələri hər iki tərəfdə də var - POLİTOLOQ AÇIQLADI

"Ermənistanın təqdim etdiyi mina xəritələrinin düzgün olmasının ehtimalı çox aşağıdır. Çünki bir neçə müddət əvvəl Azərbaycan ərazisinə keçən terroristlərlə mina xəritələrinin dəyişdirilməsinə Azərbaycan tərəfi razılıq verdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, məlum oldu ki, onların dəqiqliyi 25%-dir: "Ermənistan tərəfindən verilən mina xəritələrinin düzgün olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılır. Düşünürəm ki, bu xəritələrin əsli ermənilərin özündə deyil. Burada 366-cı alay minalanma siyasətini həyata keçirmişdir. Yəni Rusiyanın hərbi qərargahında mütləq minalanmış ərazilərin bir nüsxəsi var. Çünki sülhməramlılar gələndən cəmi bir dəfə minaya düşüblər. Həmin vaxt bizim hərbiçimiz də şəhid olmuşdu. Bir sözlə, ümumilikdə nə ermənilər, nə də rus sülhməramlıları minaya düşməyib. Bu da onu göstərir ki, mina xəritələri hər iki tərəfdə də var".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə