Ermənistan ciddi təhlükələrlə üzləşə bilər - DEPUTAT ŞƏRH ETDİ

Ermənistan ciddi təhlükələrlə üzləşə bilər - DEPUTAT ŞƏRH ETDİ

“Brüsseldəki görüş çox güman ki, baş tutacaq. Çünki orada Şərq Tərəfdaşlığı ilə bağlı sammit keçirilib və bu sammit çərçivəsində ənənəvi olaraq dövlət başçıları arasında görüşlər olur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, Avropa İttifaqı da bu cür görüşün keçirilməsi üçün təklif irəli sürüb: “Azərbaycan görüşlərdən heç vaxt imtina etmir. Biz üçtərəfli bəyanatın hərtərəfli icra olunmasını istəyirik. Ermənistan mütləq sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması kimi və s. üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir”.

A.Mollazadə vurğulayıb ki, Ermənistan bütün bu öhdəlikləri yerinə yetirərsə, normal bir dövlətə çevrilə bilər: “Həmçinin, Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bölgədə əməkdaşlıq mühitindən bəhrələnə bilər. Azərbaycanın bu istiqamətdə təklifləri var və fikrimcə, Ermənistan zəruri addımları atmağa məcbur olacaq. Əks halda ciddi təhlükələrlə üzləşə bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə