Hər bir xalqın, dövlətin tarixində vacib rol oynayan şəxsiyyətləri olur - KOMİTƏ SƏDRİ FİKİR BİLDİRDİ

"Bugünlər müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin anım günləridir. Yüzlərlə, minlərlə insan Fəxri xiyabana gəlir onun xatirəsi önündə ehtiramla baş əyir və onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini bir daha yad edir. Nə qədər Azərbaycan dövləti və xalqı var bu belə olacaq". Bunu SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bu barədə fikirlərini belə izah edib: "Çünki hər bir xalqın, dövlətin tarixində onun taleyüklü mərhələsində vacib rol oynayan şəxsiyyətləri olur. Beləliklə o xalqın, dövlətin əldə etdiyi uğurlar bir çox hallarda həmin şəxsiyyətlərin adı ilə bağlı olur. Bu gün məhz Heydər Əliyev həmin o şəxsiyyətlərdəndir ki, o, Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək, gələcəyə yönəlik strateji xəttini müəyyən etmək və xalqın da ən müxtəlif təbəqələrini azərbaycançılığın ideyası altında birləşdirərək o hədəflərə doğru yönəltməyi bacarmışdır. O vaxtdan götürülən start bu gün çox böyük uğurla davam edir. Həm Azərbaycan xalqı, həm Azərbaycan iqtidarı, həm bugünkü Prezidentimiz İlham Əliyev bu hədəflərə doğru yolu inamla aparır və Heydər Əliyevin bütün istiqamətlərdə müəyyənləşdirdiyi siyasəti zamanın çətinliyi, ağırlığı içərisindən qələbə ilə çıxararaq irəliyə doğru aparmağı bacarır. Bu gün bu siyasət Azərbaycanın gələcəyinə və inkişafına xidmət edən siyasətdir. Elə bir siyasətdir ki, onun ətrafında Azərbaycanın bütün təbəqələri birləşir. Bu birliyin ən böyük nəticəsi də Dağlıq Qarabağ probleminin birdəfəlik tarixə gömülməsi və suverenliyimizin bərpasıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə