Ermənilər niyə ölkədən qaçır? - POLİTOLOQ AÇIQLADI

“Ermənilərin Ermənistanı tərk etməsi əlbəttə ki, burada sosial-iqtisadi vəziyyətin ağır olmasından irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

“Əsasən burada müharibənin Ermənistan üçün acınacaqlı bitməsi 2018-il inqilabından sonra sosial-iqtisadi siyasətin özünü doğrultmaması təbii ki, Ermənistanda miqrasiyanın artmasına gətirib çıxarıb. İndi Ermənistanda işsizlik, sosial vəziyyətin ağırlaşması, bahalaşma bu prosesi daha da sürətləndirir. Düşünürəm ki, Ermənistanda bundan sonra da bu proses daha da davam edəcək. Çünki, heç bir iqtisadi potensial olmayan bu ölkənin iqtisadi dirçəlişi bundan sonra da mümkün olmayacaq. Ona görə də Ermənistan əhalisi xüsusi olaraq Ermənistanı tərk edir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə