Prezidentin verdiyi mesajlar olduqca önəmlidir - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezident İlham Əliyev 6 dekabr tarixində Quba şəfərinə səfər etmişdir. Bu səfərin əhəmiyyəti olduqca önəmlidir. Cənab Prezident Quba şəhərində baş verən bir sıra dəyişikliklərlə yaxından tanış olmuşdur. Bir sıra açılışlarda iştirak etmişdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin səfər zamanı söylədiyi nitqində müəyyən mesajlar vardır: "Prezident İlham Əliyev çıxışında "Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq" ifadələrini işlətmişdir. Əgər Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarından çıxması ilə bağlı zamanında tarix versəydi müharibə daha tez dayanardı və qarşı tərəf daha az itkilər verərdilər. İndi isə növbə Zəngəzur dəhlizindədir. Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı da Ermənistan bizə dəqiq tarix bildirsin. Hesab edirəm ki, Prezidentin Zəngəzur dəhlizi ilə bağlı verdiyi bu mesaj da önəmlidir və önəmi ondan ibarətdir ki, Azərbaycan müharibə istəmir, Azərbaycan dinc qonşuluq siyasətində yaşamaq istəyir, Zəngəzur dəhlizindən də Ermənistanın iqtisadi mənfəət götürməsinə etiraz etmir.

Bu gün Ermənistan vətəndaşları və Qarabağda yaşayan separatçı vətəndaşları olan ermənilər Laçın dəhlizi vasitəsilə Ermənistana gedib gələ bilir. Amma Azərbaycanın Naxçıvana getməsi üçün dəhlizi yoxdur və bu da Zəngəzur dəhlizindən keçir. 10 noyabr bəyannaməsində də bu qeyd olunub. Ermənistan tarix vermək istəmirsə, dəhlizin açılmasını istəmirsə Azərbaycan təzyiqi artırmalı olacaq. Eyni zamanda kommunikasiyaların açılması ilə bağlı qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Bu baxımdan Prezident qeyd edib ki, biz sizdən bir tarix istəyirik. Həmçinin burada digər bir mesaj da var ki, biz onsuzda Zəngəzur dəhlizini açacağıq. Ya siz bu tarixi verin, ya da tarixi biz özümüz müəyyənləşdirəcəyik. Tarixi biz müəyyənləşdirsək nə olursa-olsun, hərbi yolla da olsa bu dəhlizi açacağıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə