Mina olan yerlərə insanlar qayıtsa həyatlarını itirərlər -POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Ermənilər bir çox məsələdə 9 noyabr 2020 tarixli razılaşmanı əsas gətirərək hansısa öhdəliyin icrasından yayınırlar. Halbuki ermənilərin mina xəritələrini vermə öhdəliyi müxtəlif səbəblərə görə mövcudluğunu qoruyur". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Fərhad Mehdiyev bu barədə fikrini belə izah edib: "Məsələn 9 noyabr 2020 razılaşmasında bütün kommunikasiya xətlərinin açılmasından açıq formada bəhs olunur. Amma minalanmış ərazilərdə kommunikasiyaların bərpasından danışmaq mümkün deyildir. Digər tərəfdən, Ermənistan Avropa İnsan Hüquqları Konvensiyasının üzvüdür və insanların yaşamaq hüququna zəmanət vermişdir. Məcburi köçkünlərin köçkün düşdüyü ərazilərə qayıdacaqları 09.11.2020 razılaşmasında var, amma mina olan yerlərə insanlar qayıtsa, həyatlarını itirərlər. Ermənistanın mina xəritələrini geri vermə öhdəliyi həm də 1966 BMT konvensiyasına görə vacibdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə