M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 10 ünvanlı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
İclası giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, partiyanın 5 mart 2021-ci il tarixində keçirilən VII Qurultayında çox mühüm qərarlar qəbul edilib. Partiyanın yeni Nizamnaməsi və Proqramı qəbul edilib, Gənclər Birliyinin və yerli təşkilatlarının müvafiq əsasnamələri təsdiqləndi, struktur islahatları həyata keçirildi. Partiyada aparılan məqsədyönlü islahatlardan bəhs edən V.İsmayılov, eyni zamanda dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikirlərini bildirib. 44 günlük Vətən müharibəsində qazanılan zəfəri misli görünməmiş tarixi hadisə adlandırdı. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığının və rəşadətinin bütün dünya üçün əsl nümunə olduğunu diqqətə çatdırıb. Çıxışının sonunda ərazi ilk partiya təşkilatının fəaliyyətinə toxunaraq, görülən işlər və qarşıdakı perspektivlər barədə fikirlərini bölüşüb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Daha sonra çıxış edən ərazi ilk partiya təşkilatının sədri Elmin Zamanov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik təsdiq olunduqdan sonra ərazi partiya təşkilatının sədri Elmin Zamanov təşkilatın partiyanın VI qurultayından ötən müddət ərzindəki fəaliyyəti barədə hesabatını təqdim edib. O, görülən işlər haqqında ətraflı məlumat verərək, ötən illər ərzində təşkilatın səmərəli fəaliyyətindən danışıb.Daha sonra hesabat ətrafında müzakirələr aparılıb.
Yığıncaqda həmçinin təşkilati məsələlərə baxılıb. Partiya üzvlərinin yekdil qərarı ilə Elmin Zamanov yenidən ərazi partiya təşkilatının sədri, sədr müavinləri seçilib.Təşkilatın yeni sədri Elmin Zamanov çıxış edərək, ona göstərilən yüksək etimada görə, ərazi partiya təşkilatının üzvlərinə təşəkkürünü bildirib və bu etimadı doğruldacağına söz verib.
Hesaba-seçki yığıncağına yekun vuran V.İsmayılov ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavinlərini təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb. O, son illərdə ölkəmizdə, eləcə də Binəqədi rayonunda həyata keçirilən uğurlu islahatlardan danışıb. Bütün bunların YAP Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB