Nəyisə dəyişmək, demək olar ki, çox çətindir - POLİTOLOQ MÖVQE BİLDİRDİ
"Paşinyan Zəngəzur adının uydurma olduğunu söyləməzdən əvvəl, 20-ci əsrin əvvəllərinə aid xəritələrə diqqət yetirsin. Orada Azərbaycan-Ermnistan arasında inzibati xəritələr mövcuddur. Yaxud Azərbaycan Demokratik Respublikası dövründəki sərhədlərə diqqət yetirsin. Bu xəritədə Azərbaycan-Ermənistan sərhədləri dəqiq sürətdə göstərilib. Bizdən torpaqların alınıb ermənilərə pay verilməsi 20-ci əsrin əvvəllərindən başlayaraq, 1984-cü ilə kimi davam edib. Bu dövrlərin hamısı nəzərdən keçirilməlidir ki, inzibati və ya müstəqilliyini elan etmiş Azərbaycanla Ermənistan arasındakı sərhədlər nədən ibarət olduğu aydın olsun". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, qeyd edib ki, təbii ki, yalnız xəritələr yox, tarixi sənədlər də hər şeyi açıq-aydın göstərir. ADR dövründə Azərbaycan ilə Naxçıvan arasında hansısa erməni torpağı olmayıb. Yəni Zəngəzur ADR-in tərkibində olub. Azərbaycanda sosialist inqilabı olanda, bolşeviklər hakimiyyətə gələndə də Zəngəzur Azərbaycana məxsus olub. Zəngəzur 1923-cü ildə Moskvanın təzyiqi ilə Azərbaycandan alınıb, Ermənistana verilib. Adını da qoyublar proletar beynəlmiləlçiliyi. Çox təəssüf ki, o zamankı siyasi rəhbərlərdən yalnız Nəriman Nərimanov bu işə qarşı ciddi mövqe sərgiləyirdi. Onu da Moskvaya yüksək vəzifə vermək adı ilə aparıb, sonradan zəhərlədilər. Yəni biz bütün dövrlərdə, hətta Rusiya tarixində ən mütərəqqi quruluş sayıla biləcək sosializm dövründə də Rusiyanın çömçəni həmişə Ermənistan tərəfə buladığının şahidi oluruq. Mən Paşinyanı kifayət qədər savadlı, oxumuş, Azərbaycan-Ermənistan münasibətlərinə bələd olan bir şəxs kimi tanımıram. O jurnalistdir. Özü də jurnalistikanın qiyabi şöbəsini qurtarıb.
Qabil Hüseynli bu barədə fikrini belə izah edib: "Ən azından onun ətrafında olan adamların hamısı erməni xüsusiyyətlərinə xas olaraq subyektiv fikirlər yaymağa çalışırlar. Həmçinin, Azərbaycan torpaqlarının sovet dövründə Ermənistana qatılması reallığına müqavimət göstərməyə çalışırlar. Üstəlik belə bir faktın üstündən onlar sükutla keçirlər ki, buralar əvvəllər İrəvan xanlığının torpağı olub və əhalinin 93 faizi azərbaycanlı olub. Yəni üzərində öz dövlətlərini qurduqları torpaqlar da onların özünə məxsus deyil. Bu gün o reallıqları təftiş etmək, o barədə dünya ictimai fikrində nəyisə dəyişmək, demək olar ki, çox çətindir. Bəzən isə qeyri-mümkündür. Çünki dünya ictimai rəyini xristian qərb dünyası formalaşdırır. Onlar da bu kiçik xrstiyan dövlətinə öz dəstəklərini heç vaxt əsirgəməyiblər. Bir sözlə, Paşinyanin ağzından çıxan söz hansısa müqəddəs kitabın ayələri deyil ki. Bir daha təkrar edirəm ki, Paşinyan ilk növbədə ermənidir. Biz də erməni xislətinin, dünya görüşünün necə olduğunu, məsələlərə necə münasibət bəslədiyini çox yaxşı bilirik. Öz tarixin saxtalaşdırıb, qədimləşdirmək kimi yaramaz xüsusiyyətlər ermənilərin ideya arsenalında, ideya cəbhəsində həmişə əsas yer tutub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB