“Rusiya ərazisində ciddi mövzular müzakirə olunmalıdır” POLİTOLOQ PROQNOZ VERDİ
“Azərbaycanla Ermənistan arasında əsas vasitəçi Rusiyadır. Məhz Rusiyanın vasitəçiliyi ilə ötən ilin noyabr ayının 10-da və bu ilin yanvar ayının 11-də olmaqla iki bəyanat qəbul olunub.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri vurğulayıb ki, Rusiya bu vasitəçiliyi Avropa və Amerika ilə paylaşmaq istəmir və yeganə Türkiyənin bölgədəki artan rolunu Rusiya qəbul edib.
“Rusiyanın siyasəti ilə bağlı bizim də ciddi suallarımız var, amma biz Rusiyanın moderatorluğunu hər halda qəbul edirik. Bəli, əvvəlcə xəbər yayıldı ki, görüş Avropada, Brüsseldə dekabrın 15-də olacaq. Dərhal sonra da xəbər yayıldı ki, Rusiya daha öncə, 26 noyabr tarixində görüşü təşkil edir. Mən əvvəlcədən də demişdim ki, əslində Avropa görüşündən elə bir ciddi nəticə çıxmayacaq, sadəcə fikir mübadiləsi olacaq, amma Rusiya ərazisində ciddi mövzular müzakirə olunmalıdır. Sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlara start verilməsi, kamissiyaların yaradılması, dəhlizin açılması barədə ciddi bir fikir mübadiləsi aparılacaq və hansısa yeni bir bəyanat da qəbul oluna bilər.
Paşinyan artıq bu görüşdən imtina etməz, çünki artıq özü də razılığını verib və özü də Soçi görüşünə qatılacaq. Bizim üçün də faydalıdır bu görüş, ona görə ki, fikir mübadiləsi artsın və gərginlik bizə indi lazım deyil. Bizə lazımdır ki, biz öz məsələlərimizi həll edək. Nədir bu məsələlər? Bu məsələlər dəhliz və komunikasiya xətlərinin açılması, sərhədlərin müəyyənləşməsi və yekunda sülh sazişinin imzalanmasıdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağı da Azərbaycan ərazisi kimi tanısın. Bizim əsas gözləntilərimiz bundan ibarətdir”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB