ABŞ, Rusiya və Çinin son zamanlar yürütdüyü siyasətə görə 3-cü dünya müharibəsi ilə bağlı söz-söhbətlər artıb. Artıq heç kim III Dünya Müharibəsi təhlükəsini inkar etmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Uzaq Şərqdən gələn son xəbərlər bu təhlükənin miqyasını bir daha ortaya qoyub. Müvafiq olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin Arleigh Burke sinfinə aid idarəolunan raket esminesi “Miliusi”, çərşənbə axşamı Tailandın da yerləşdiyi Malaka boğazından keçib. Pekin administrasiyasından bu keçidlə bağlı heç bir rəsmi cavab verilməyib, lakin Çinin bu addıma necə cavab verəcəyi hələ də maraqlıdır.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB