"Amerika dünyaya öz maraqlarını yeritmək niyyətindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Amerika dünyaya öz maraqlarını yeritmək niyyətindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu gün bütün dünyaya demokratiya dərsi keçmək istəyən Amerika Birləşmiş Ştatları dünyada ən çox insan hüquqlarının pozulduğu ölkədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, İraqda kimyəvi silah axtarışı adı altında Amerika bu ölkədə milyondan çox insanın qətlinə bais oldu. Ermənistanda polis zorakılığı baş alıb gedir, siyasi partiya liderləri həbsxanaya salınır: “ABŞ İraq və Ermənistanı hansı meyarlarla "Demokratik Sammitə" dəvət edir? Belə misalları çox sadalamaq olar. Ümumiyyətlə, Baydenin "Demokratik Sammitə" dəvət etdiyi ölkələrin siyahısına baxdıqda hər kəsdə gülüş hissi yaranır. Amerika dünyaya demokratiya deyil, öz maraqlarını yeritmək niyyətindədir. Sammitə dəvət olunan dövlətləri Amerika öz təsir dairəsinə salmaq niyyəti güdür.

Azərbaycan və Türkiyənin sammitə dəvət olunmamasının səbəbi aydındır. Bu gün hər iki dövlət müstəqil və balanslaşdırılmış siyasət yürüdür. Azərbaycan və Türkiyənin güclü dövlətlərə çevrilməsi Amerikaya sərf etmir. Çünki Amerika bu regionda öz nüfuzunu bərpa etmək niyyətindədir və bu cür vasitələrlə regionu öz təsir dairəsinə salmaq fikrindədir. Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub duran dövlət deyil. Bizim dünyaya nümunə ola biləcək demokratik dəyərlərimiz mövcuddur. Azərbaycanda mövcud olan bugünkü multikulturalizm və tolerantlıq bütün dünyaya bir nümunədir. Əsl demokratik dəyərlər məhz bu ənənələrdən başlayır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə