“Amerika demokratiyadan çoxdan uzaqlaşıbdır” - POLİTOLOQ ŞƏRH ETDİ
Həqiqətən də Amerikanın dırnaqarası demokratiya adlandırdığı sammitə Azərbaycan dövləti ilə yanaşı bir sıra, həm korrupsiyaya qarşı mübarizədə, həm demokratik dəyərlərin, qanununun tələblərinin icrası məsələsində, eyni zamanda qanunun aliliyi və demokratik prinsiplərin idarəetmə institutlarında tətbiqi məsələsində böyük irəliləyiş əldə etmiş bir sıra dövlətlər dəvət olunmayıbdır. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq vurğulayıb ki, o bunu təəccüblə qarşılayan dostlarından, həmkarlarından fərqli olaraq, adi hal kimi qarşılayır və əslində, Amerikanın xarici siyasətinin mahiyyətini bilən bir şəxs kimi hesab edir ki, bu, birbaşa Amerikanın demokratiya, demokratik dəyərlərin təbliği, avtoritarizmlə mübarizə, korrupsiya ilə mübarizə pərdəsi, adı altında özlərinə yaxın və onların, Amerikanın irəli sürdüyü tələblərlə razılaşan dövlətlərin bir toplantısı olacaqdır.
“Mən hesab edirəm ki, ötən ilin sonlarında Azərbaycanın yaratdığı yeni reallıqlar və torpaqlarımızın uzun illərdən sonra Azərbaycanın öz gücü hesabına işğaldan azad edilməsi Amerikanın Cənubi Qafqaz siyasətinə qətiyyən uyğun deyildi və bu çağrılmama həm də Amerikanın Azərbaycanın əldə etdiyi qələbəyə münasibətidir. Digər tərəfdən, mən hesab edirəm ki, Amerika həm də erməni lobbi təşkilatlarının maliyyəsi və iradəsinin təsiri altındadır. Birmənalı olaraq, Amerikanın xarici siyasətində erməni milli komitəsi və digər erməni lobbi təşkilatları aparıcı təsirə sahibdir. Bunu biz saxta erməni soyqırımı ilə bağlı ifadənin işlədilməsində, prezidentin çıxışında müşahidə etdik. Amerika tarixində ən biabırçı prezidentlərdən olan Co Bayden və ən biabırçı hökumətlərdən olan Bayden hakimiyyəti erməni lobbi təşkilatlarının əlində bir alət olduğunu nəinki gizlətməyə çalışır, ümumiyyətlə, açıq etiraf edir. Mən hesab edirəm ki, Ermənistanın avtoritar, korrupsiyaya bulaşmış, cinayətkar bir rejiminin, bir dövlətinin demokratiya adı altında keçirilən bir sammitə dəvət olunması özü bu sammitə ironiyadır, bu ada belə ironiyadır və Amerikanın Ermənistana münasibətinin göstəricisidir.
Amerikanın son günlər Ermənistanda, Gürcüstanda baş verən, demokratiya adına utanc gətirəcək proseslərin fonunda, keçmiş prezidentin ləyaqətinin alçaldılması istiqamətində atılan addımların fonunda Gürcüstanın dəvət olunması, amma Azərbaycan kimi, Türkiyə kimi bir dövlətin dəvət edilməməsi onu göstərir ki, Amerika xarici siyasətdə yenə də öz oyunlarını qurur, öz oyunlarını oynayır. Amerika yenə də demokratiya pərdəsi altında özünün avtoritar və işğaıçı siyasətini, ideyalarını təbliğ etməyə, yeritməyə çalışır.
Ümimiyyətlə, mən Amerikanı demokratik dövlət kimi qəbul etmək istəmirəm. Bir politoloq, bir tədqiqatçı kimi, mən hesab edirəm ki, Amerikanın həm seçki sistemində, həm idarəetmə sistemində mövcud olan, eyni zamanda, vətəndaşlar arasında ayrıseçkiliyin qoyulması, dini və irqi ayrıseçkiliyin qoyulması sahəsindəki bərbad bir vəziyyət, həmçinin ötən ilin sonlarında Amerikada keçirilən prezident seçkiləri, seçkilərdən sonra baş verən hadisələr, bu ölkənin keçmiş prezidentinin tərəfdarlarına qarşı qeyri-qanuni hərəkətlər, qeyri-qanuni addımlar demokratiya adına utanc gətirən davranışlar olub və bu onu göstərir ki, Amerika demokratiyadan çoxdan uzaqlaşıbdır. Ona görə də Azərbaycanın ora dəvət edilməməsi təəccüb doğurmamalıdır. Əslində, Azərbaycanın elə tədbirlərdə iştirak etməməsi, ora dəvət edilməməsi daha yaxşı haldır”, deyə politoloq Anar Əliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB