Müvəqqəti bağlanan Laçın dəhlizi açılıb RUSİYA MƏTBUATI YAZIR

Müvəqqəti bağlanan Laçın dəhlizi açılıb RUSİYA MƏTBUATI YAZIR

İnsidentlə əlaqədar müvəqqəti bağlanan Xankəndi-Laçın yolu yenidən fəaliyyət göstərir. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus mətbuat səhifəsi, RİA Novosti məlumat yayıb.

"Laçın dövlətlərarası avtomobil yolu hər iki istiqamətdə açıqdır. Maneəsiz və təhlükəsiz nəqliyyat hərəkəti Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilir", deyə məlumatda bildirilir.

Qeyd olunur ki, polis hadisənin təfərrüatlarını daha sonra açıqlayacaq.

Həmçinin diqqətə çatdırılır ki, bəzi kütləvi informasiya vasitələrinin yayımladığı məlumata görə, naməlum bir şəxs avtomobillə azərbaycanlı hərbçilərin yanına gələrək, onların istiqamətinə qumbara atıb. Onlar da öz növbəsində atəş açıblar.

Xatırladaq ki, 2020-ci il sentyabrın sonunda Ermənistan tərəfinin təxribatları nəticəsində hərbi əməliyyatlar yenidən başlayıb. Noyabrın 10-na keçən gecə əldə olunan üçtərəfli razılaşmaya görə, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşi tamamilə dayandırmaq, əsir və ölənlərin cəsədlərini dəyişdirmək barədə razılığa gəliblər. Həmçinin, bundan əlavə, bölgədə Rusiya sülhməramlıları yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə