Zaqatalada Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

Zaqatalada Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

8 noyabr Zəfər Günü münasibətilə Zaqatala rayonunda bir sıra tədbirlər keçirilib. İlk olaraq, dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz ziyarət olunub, məzarları önünə gül-çiçək dəstəkləri düzərək, əziz xatirələri böyük ehtiramla yad olunub. Sonra Zəfər Gününə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib. Qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Zaqatala rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ döyüşləri zamanı şəhadətə qovuşan şəhidlərimizin əziz xatirəsinə Zəfər yürüşü keçirilib.

Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, YAP Zaqatala rayon təşkilatının rəhbərliyi və fəalları, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, millət vəkili Kamilə Əliyeva hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonda isə Zəfər konserti təşkil olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə