Hakimiyyət vəziyyətdən çıxa bilmir, təhlükələr yaradır ERMƏNİ DEPUTATIN İTTİHAMLARI

Hakimiyyət vəziyyətdən çıxa bilmir, təhlükələr yaradır ERMƏNİ DEPUTATIN İTTİHAMLARI

Siyasi hakimiyyət daim bəyan etməyə öyrəşib ki, seçkilər artıq başa çatıb və biz bu reallıqla barışmalıyıq, lakin qeyd etmək lazımdır ki, seçkilərdən sonra Ermənistana təhdidlər nəinki azalmayıb, əksinə artıb. SİA xəbər verir ki, bu sözləri bu gün müxalifətin Azadlıq meydanında keçirilən mitinqindən əvvəl jurnalistlərə müsahibəsində “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryan söyləyib.

“Hər gün biz görürük ki, bu hakimiyyət nəinki mövcud vəziyyətdən çıxa bilmir, həm də Ermənistanı yeni təhlükələr qarşısında qoyur”, deyə Qriqoryan bildirib.

Deputat qeyd edib ki, bu mitinqdə həmvətənlərinə bir “mesaj” çatdırmağa çalışacaqlar ki, məğlubiyyət və ya müharibə partiyası sülh gətirə bilməz.

“Məğlubiyyət və müharibə partiyası Ermənistana nə sülh, nə də qələbə gətirə bilər. Ona görə də soydaşlarımıza yeni güzəştlərə tab gətirməyəcəyimizi bildirməyə çıxdıq. Bu problemi bir siyasi qüvvə həll edə bilməz, ümumerməni və milli müqavimət hərəkatı yaratmaq lazımdır ki, biz bu hakimiyyətin verəcəyi bütün mümkün itkilərə və güzəştlərə müqavimət göstərə bilək”, deyə Anna Qriqoryan əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə