Siyasi partiyalara ayrılan vəsaitin məbləği AÇIQLANDI

Siyasi partiyalara ayrılan vəsaitin məbləği AÇIQLANDI

Gələn il Milli Məclisdə deputatlarının təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib. SİA xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, VI çağırış Milli Məclisində deputatları təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə