Erməni media mənbələri - Rusiya Ermənistana “atıb” SİYASİ RAKURS
Armenianreport: “Məhz Rusiya - yaxın müttəfiqimiz kimi bizə yardım edərək, dronlar əleyhinə qalxan hazırlamalı idi, lakin təəssüf ki, Rusiya özünün dar düşüncəsinə və maraqlarına uydu”
Ermənistandakı siyasi-ictimai rəyin və rəsmi siyasi dairələrin demək olar ki, bütün çıxışları istər birbaşa, istərsə də dolayısı ilə bir istiqamət üzrə köklənir – “Hər kəs, eləcə də bütün dünya ermənilərə kömək etməlidir, çünki ermənilər dünyanın “ən qədim xalqıdır”, hətta Allah da (əstəğfirullah-R.R.) “ermənidir”, bəşəriyyətin də əsasını “ermənilər qoyub” və bu amilə görə dünya daim ermənilərə borcluymuş və s.
Bu misalı ona görə gətirdim ki, bir daha erməni xislətinin ucuz təxəyyülündəki sağalmaz xəstəliyi xatırlayaq. Eləcə də, bu gün Ermənistan mediasında dərc edilən yazı və məqalələrin, çıxış və şərhlərin, analitik yazıların dırnaqrarası mahiyyətinə varaq, qeyd edilən bu faktları sübuta yetirək. Məsələ ondadır ki, bu dəfə Ermənistanda nüfuzu olan Armenianreport saytının siyasi analitiki Tevos Arşakyan öz təbirincə hiddətli məqalə ilə çıxış edərək bu dəfə illərdir ki, ölkəsini ayaqda saxlayan Rusiyanı hədəfə alıb və sən demə Ermənistanın hər şeyini satdığı Rusiya buna görə onun qarşısında borcluymuş (?). Əslində, burada Rusiyanın müdafiəçisi rolunda çıxış etməyə fikrim də yoxdur, sadəcə, əsas məqsədim erməni cəmiyyətinin qanına və canına qədər işləmiş həyasızlıq sindromunu daha aşkar şəkildə ictimai rəyin diqqətinə çatdırmağı lüzum kimi gördüm.
Tevos Arşakyan həyasızcasına Rusiyanı borclu çıxarır və “dar düşüncəli” adlandırır
“Rusiya Ermənistana həm PUA, həm də REB Sistemləri vasitəsi ilə “atıb” – başlıqlı məqalə ilə çıxış edən Tevos Arşakyan yazır: “Məhz Rusiya - yaxın müttəfiqimiz kimi bizə yardım edərək, dronlar əleyhinə qalxan hazırlamalı idi, lakin təəssüf ki, Rusiya özünün dar düşüncəsinə və maraqlarına uydu. Rusiya və Ermənistanla həm ikitərəfli razılaşmalar əsasında, həm də KTMT çərçivəsində müttəfiqdir”.
Erməni müəllif iddia edir ki, hələ müttəfiqlik məsələsi yaranarkən Rusiya Ermənistana belə vəd vermişdi ki, əgər kimlərsə erməni dövlətçiliyinə qarşı çıxarsa, Rusiya bütün gücünü həmin tərəflərə doğru istifadə edəcək və s. Eyni zamanda, Arşakyan onu da iddia edir ki, erməni cəmiyyəti uzun illər bu kimi şirin nağıllarla aldadılırdı, yedirdilirdi və həmin məsələdə robo-serjik (Robert Koçaryan və Serj Sarqsyan-R.R.) rejimlərinin çoxsaylı təmsilçiləri, Ermənistanın “beşinci kolon” nümayəndələri və Rusiya ekspertləri daha çox canfəşanlıq göstərirdilər. Nə deyəsən, bu sözlərdə həqiqətlər var və inkar da etmək olmaz ki, Ermənistan uzun illər ərzində Rusiyanın forpostu qismində yaşayır, olan-qalan bütün iqtisadi imkanlarını Rusiyaya satır, əvəzində isə işğalçılıq siyasətini davam etdirir, buna görə isə cəzasız qalacağını sanırdı. Ta ki, 27 sentyabr 2020-ci ilə qədər! Məhz həmin tarixdən sonra xəstə təxəyyüllü erməni ictimaiyyəti anlamağa başladı ki, hətta yerdə qalan daşını-torpağını belə Rusiyaya müftə-müsəlləm bağışlasa belə, üstəlik, Rusiyanın quberniyasına çevrilsə belə son anda Şimal qonşusu əlini ondan çəkə bilər.
İsrail, Türkiyə və Belarus Ermənistandan icazə almalıymış?
Beləliklə, keçək mövzunun digər tərəfinə. Erməni müəllif iddia edir ki, Ermənistanın müharibədəki əsas məğlubiyyət səbəblərindən biri də Azərbaycanın Bayraktar PUA-larından geniş istifadə etməsi olub. Bunun qarşısını almaq üçün isə Ermənistan və “artsax” rəhbərliyi zamanında tədbirlər görməyiblər və s.
“Demək olmaz ki, Ermənistan bu hücumların (PUA hücumlarını nəzərdə tutur-R.R.) təkrarlana biləcəyindən şübhə etmirdilər, hələ 2016-cı ilin aprel müharibəsindən sonra ölkədə pilotsuz sistemlərin dərindən öyrənilməsinə başlanılmışdı. Başlamağına başladı, amma kağız üzərində. Reallıqda Ermənistan silahlı qüvvələrində nə kifayət qədər PUA-lar olmayıb, nə də düşmənə qarşı istifadə edilən və pilotsuz aparatlara müqavimət göstərən sistemlər yox idi. Və bütün bunlar Azərbaycan tərəfində kifayət qədər çox sayda olub…”
Beləliklə, həm İrsailin, həm də Türkiyənin Azərbaycanı PUA-larla təchiz etməsinə toxunan erməni müəllif bu məsələdə yenidən erməni həyasızlığı nümayiş etdirməklə sanki iddia edir ki, həmin ölkələr Azərbaycana həmin vasitələri verməməliymiş, yaxud Ermənistandan bunun üçün izn istəməliymiş (?!-R.R.) Görürsünüzmü həyasızlığın aşırı dərəcəsini?
Hələ bu harasıdır? Sən demə, KTMT-də Ermənistanın müttəfiqi hesab edilən Belarus 2018-ci ildə Bakıya radioelektron mübarizə stansiyası olan “Qroza-S” sistemlərini də satmamalıymış və s.
Erməni analitik unudur ki, Ermənistanın Rusiyaya külli miqdarda borcu qalmaqdadır
Və beləliklə, növbə yenidən gəlib-çatır Rusiyaya. Putinin Soçidə verdiyi və Rusiyanın silah arsenalında müasir PUA-ların olduğu barədəki bəyanatının ardınca Tevis Arşakyan öz düşüncəsindən çıxş edərək Putinin onun ölkəsinə həmin silahları verməli olduğunu yenə də (!) həyasızcasına iddia edir. Qeyd edək ki, Putin “Rusiya ordusuna 2 minə yaxın pilotsuz uçuş aparatları var. Biz həmçinin bu hücumların qarşısını almağı öyrənmişik və bunu effektli edirik”, deyə Soçidəki çıxışında bildirmişdi. Bəs armenianreport-un analitiki nə yazır? SİTAT: “Onda necə çıxır? Bizim müttəfiqimizdə iki mindən çox PUA və onlarla mübarizə aparmaq üçün müasir sistemlər mövcuddur və sonuncu Qarabağ müharibəsində həmin sistemlərin bir qismini Ermənistanla bölüşmək olmazdımı? Moskva bunu istəməyib”.
Erməni müəllif iddia edir ki, İrəvan Moskvaya bununla bağlı müraciət edibmiş və Rusiya bu müraciəti dəyərləndirərək Ermənistana həmin sistemləri satsaydı, müharibənin gedişi İrəvanın dəyişə bilərdi (?!-R.R.). Lakin Tevos Arşakyan burada unudur ki, onun ölkəsi uzun illərdir Rusiya tərəfindən silahlarla, texnikalarla təchiz olunub və eyni zamanda, çox sərfəli kredit qiymətlərlə silahlar əldə edib, ancaq həmin kreditlər də ödənilməyib və Ermənistanın Rusiyaya külli miqdarda borcu qalmaqdadır. Və bütün bunlardan sonra Rusiya ən müasir PUA-larını və onlardan müdafiə sistemlərini Ermənistana sataraq İrəvanın borcunun üstünə borcmu yığmalıydı? Fəqət, ermənidüşüncəsi bunu demir. Erməni düşüncəsi həyasızlığını nümayiş etriməklə bunu deyir: “Rusiya bizim yaxın müttəfiqimiz olaraq bu məsələdə bizə yardım etməyə borclu (???!!!-R.R.) idi”.
Beləliklə, armenianreport-un siyasi analitiki açıq-aşkar deyir ki, Moskva İrəvana bu məsələdə “atıb” və nəticəni də erməni xalqı çıxarmalıdır. Amma erməni xalqı hansı nəticəni çıxarmalıdır ki? Rusiyanı rədd etməlidir? Etsin, görək onda nə baş verir…
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB