Bu, real faktordur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 18 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq dialomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. Başqa yol da ola bilməzdi. Çünki bu gün Azərbaycan qətiyyətli nizamlı siyasəti ilə minalanmış ərazilərin xəritələrini Ermənistandan bir-bir alaraq öz hədəflərimizə çatırıq. Bütün dünya gördü ki, Azərbaycan bütün şərtləri diktə edən tərəfdir. Çünki Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir. Və hazırda prioritet vəzifə ərazilərin minalardan təmizlənməsini daha tez başa çatdırmaqdır. Ermənistan otuz il işğal altında saxladığı ərazilərdə çoxlu mina basdırıb və onların xəritəsini gizlədir. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir. Lakin Azərbaycan Prezidentinin qətiyyətli, planlı, diplamatik siyasət aparmasının nəticəsi olaraq 7 ay keçən Zəfər qələbəmiz müddətində artıq işğaldan azad olunun rayonumuzun Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələri Azərbaycana təhvil verildi. Bütün bu uğurlu nəticələr Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, parlaq diplomatik qələbəsidir. Prezident İlham Əliyevin dediyi kimi: «Azərbaycanın diktəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik”.
Çünki Azərbaycan 28 ildən sonra hər günü bir qələbə olan 44 gün davam edən İkinci Vətən müharibəsində haqq və tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək Zəfər qələbəsi əldə etdi. Bu gün Ali Baş Komandanımızın «Dəmir yumruq» əməliyyatı ilə Müzəffər Ordumuzun dəyanətli əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ həsrətinə son qoyuldu, ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Və hər günü bir tarixi qələbə olan 44 gün ərzində bu günləri də gördük, bu günləri də yaşadıq. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.
Bir sözlə, 44 gündə Böyük Vətən Müharibəsinin Zəfər ildönümü ərəfəsində son əsrlərin ən böyük Zəfərini, Azərbaycanın yeni tarixinin yazılması sevincini, Ali Baş Komandanımızın rəhbərliyi ilə «Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA»sının qoyulduğu tarixini yaşayırıq. Bu, qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin tariximizə yazılan haqqın qələbə Zəfərinin ildönümüdür. Bu, Azərbaycan xalqının qələbəsidir. Bu tarixi qələbə Azərbaycan xalqının öz Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsinin qələbəsidir. Sevindirici hal ondadır ki, 44 gün davam edən Vətən Müharibəsində ilk gündən əldə olunan qələbə müjdəsini də xalqına çatdırmaqdan qürur duyan Ali Baş Komandanımız bildirmişdi: «Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz».
Çünki bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Bir sözlə, bu gün Azərbaycanın yeni tarixini yazan, xalqımıza 44 gün ərzində 30 illik həsrətə son qoyan Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə noyabrın 8-də qeyd edəcəyimiz qələbəmizin Zəfər Günü dövlət başçımızın dediyi kimi: «Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır».
Bəli, qürurla deyə bilərik ki, Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır və qürurla qalib ölkənin vətəndaşı olaraq Zəfər gününü sevinclə qarşılayırıq. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
MEHDİ BALABƏYOV,
YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB