Milli Məclisdəki çıxışlar televiziyalarda yayımlansın – TƏKLİF

Milli Məclisdəki çıxışlar televiziyalarda yayımlansın – TƏKLİF

Milli Məclisin deputatlarının parlamentdə çıxışlarının ölkə televiziyalarında yayımlanması faydalı olar.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, burada olan çıxışların televiziyalarda verilməsi cəmiyyətdə parlamentin onların problemlərini qabartması barədə təssürat yaradar: “AzTV bu istiqamətdə addım atıb, digər televiziyalarda da bü cür təşəbbüslərin göstərilməsi faydalı ola bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə