“Azərbaycana dəstək olan ölkələr həmişə dost olacaq” - ŞƏRH EDİLDİ

“Cənab Prezident işğaldan azad olunan rayonlara səfər etməklə bu regionların problemlərinin həlli məsələsinin birbaşa dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.


Onun sözlərinə görə, cənab Prezident Zəngilan rayonuna səfəri zamanı həmin rayonun azad olunmasının ildönümünün qeyd edilməsi ilə yanaşı, həm rayonun ictimaiyyət nümayəndlərindən olan tanınmış ictimai, siyasi elm adamları ilə görüşdü, həm də rayonun gələcək perspektivi ilə bağlı öz fikirlərini onlarla bölüşdü: “Bu səfərlərdə cənab Prezident Azərbaycanın ümummilli məsələləri, həmçinin xaricdə, beynəlxalq birlikdə olan müəyyən məsələlərlə bağlı fikrini bildirir. Onun verdiyi mesajların ana xəttini Azərbaycanın öz suveren hüquqlarını həmişə qoruyacağı, onun daxili işlərinə heç kəsin qarışmağına imkan verməyəcəyi və öz problemlərini özü həll etmək gücündə olduğu təşkil edir. Cənab Prezident Vətən müharibəsinə qədər və Vətən müharibəsindən sonra çıxışlarında birmənalı şəkildə Azərbaycanla dost olan ölkələrlə dost olacağını, Azərbaycana qarşı təhdidlə və təzyiqlə danışan ölkələrə isə onların iradlarını heç vaxt qəbul etməyəcəyini və heç vaxt təsiri altına düşməyəcəyini öz fikirləri ilə birmənalı şəkildə bildirir. Hesab edirəm ki, cənab Prezidentin Zəngilan rayonuna səfəri zamanı söylədiyi fikirlər də bir daha Azərbaycanın müstəqil dövlət olduğunu, Azərbaycanın dövlət başçısının ona göstərilən etimadı yüksək səviyyədə doğrultduğunu və Azərbaycanın problemlərini yüksək səviyyədə həll olunduğunu göstərir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, dünyanın heç bir yerində problemli ərazilərin problemi qısa bir zamanda həll edilmir: “30 il ərzində Azərbaycan ərazisinin 20%-i işğal altında olub. Ermənilər həmin ərazilərimizi dağıdıb viran ediblər, minalayıblar. Həmin ərazilərin minalardan təmizlənməsi, kommunikasiyanın qurulması, məcburi köçkünlərin həmin ərazilərə qayıtması üçün perspektiv planlarının həyata keçirməsi böyük zəhmət və enerji tələb edir. Bu baxımdan Azərbaycana dəstək olan və yanında olan ölkələr Azərbaycana həmişə dost olacaq. Azərbaycan ilə güc dilində, təhdid dilində danışanlara Azərbaycan heç vaxt imkan verməyəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə