Oğuzda şəhid Zahir Feyzullayevin xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılışı olub FOTOLAR
Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının əməkdaşları, eləcə də xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Feyzullayev Zahir Eyvaz oğlunun ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub, şəhidin əziz xatirəsi ehtiramla anılıb. Şəhadətindən bir il keçən şəhid Zahir Feyzullayevin yaşadığı Muxas kəndində xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılışı olub.Tuğ kəndinin azad olunması uğrunda gedən döyüşlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun XTQ-nın zabiti leytenant Feyzullayev Zahir Eyvaz oğlu qəhrəmancasına döyüşüb. Komandir və döyüş yoldaşlarının dediklərinə görə, Zahir Vətən müharibəsinin başlandığı gündən şəhadətinə qədər döyüşüb və misilsiz igidliklər göstərmişdir. Təsadüfi deyil ki, Zahir Feyzullayev 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Günnüt kəndi və bir sıra strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsində iştirak edib. İkinci Qarabağ müharibəsi vaxtı Füzuli, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son döyüşü Xocavənd rayonunun Tuğ kəndi uğrunda olub. II Qarabağ müharibəsində göstərdiyi igidliyinə görə Ali Baş Komandanın sərəncamlarına əsasən, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərinə görə" medalları ilə təltif olunmuşdur.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB