İnsanlar niyə gedib Nargin adasında istirahət edə bilmir? – DEPUTATDAN TƏKLİF

İnsanlar niyə gedib Nargin adasında istirahət edə bilmir? – DEPUTATDAN TƏKLİF

"Bakının Nargin adası boş qalıb, insanların gedib orada istirahət etməsi üçün şərait yaradılmalıdır". SİA-nın məlumatına görə, bu təkliflə millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Deputat bildirib ki, vaxtilə Nargin adasında minlərlə insan əsir saxlanılıb, indi orada abidə ucaldılmalıdır:
“Nargin adası var, orada niyə bir abidə ucaldılmır? Niyə insanlar ora gedib istirahət etmir? Vaxt var idi ora Çar Rusiyasının əsgərləri gedib istirahət edirdi. Niyə indi o yerlər elə qalıb, təmizlənmir, orada abidə ucaldılmr, sakinlər gedib orda istirahət etmir?! Bir zamanlar bunun qarısını alanlar var idi, amma indi biz müstəqilik, heç kim qarşımızı ala bilməz”.

S.Rüstəmxanlı həmçinin Bakıda Nuru Paşanın abidəsinin qoyulmasının vacibliyini qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə