"Regional inteqrasiyanın güclənəcəyi günlər uzaqda deyil" - EKSPERT RƏYİ
“Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı bir neçə vacib məqama toxunub. Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırması və bunun Ermənistanın yeganə xilası olmasına dair şərhlərin verilməsi, Dağlıq Qarabağın statusu məsələsinin tarixdə qalması, Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərin minalanması problemi və Ermənistanın mina xəritələrini təqdim etməməklə, prosesə ziyan vurmasına dair materialların verilməsi kimi tezislər əsas diqqət mərkəzindəydi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Ekspertin sözlərinə görə, ötən il həmin agentliyə verilən müsahibədən fərqli olaraq bu dəfə Prezident İlham Əliyev münaqişəni bitirmiş, ərazi bütövlüyünü artıq həll etmiş ölkənin başçısı olaraq çıxış edirdi: “Həmçinin, sülhə meyilliliklə bağlı qarşı tərəfin mövqeyi barədə daha optimist sözlər deyildi. BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün konstruktiv və ümidverici olduğu bildirildi. Cənab Prezident gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu diqqətə çatdırdı. Ölkə başçısının son dövrdə Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanatın səslənmədiyini bildirməsi də artıq Ermənistanla Azərbaycan arasında sülh perspektivlərinin mövcud olduğuna işarə idi. Cənab Prezident qeyd etdi ki, Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacağının qeyd olunması artıq birgəyaşayışla bağlı işlərin aparılmasının göstəricisi idi”.
Z.Qarayeva düşünür ki, cənab Prezident İlham Əliyevin bu müsahibə də daxil olmaqla son günlər səsləndirdiyi bəyanatlar sülhə çağırış xarakteri daşımaqla, yaxın zamanda əməkdaşlıq və inteqrasiya prosesinin güclənməsinə və Ermənistanın da düşdüyü acınacaqlı vəziyyətdən tək çıxış yolunun məhz ölkəmizlə sülh şəraitində əlaqələrin qurulmasından keçdiyini anlamasına böyük töhfədir: “Digər torpaqlarımızda da Azərbaycan bayrağının asılacağı və Zəngəzur dəhlizi timsalında regional inteqrasiyanın güclənəcəyi günlər uzaqda deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB