“Bu müharibəyə dini don geydirməyin əsası yoxdur...”

Ermənilərin 44 günlük savaşı dini savaş kimi qələmə vermələrinin heç bir əsası yoxdur

"...Ermənistanla bir il əvvəl baş verən hərbi münaqişə zamanı Azərbaycan yalnız öz ərazilərini geri qaytardı. Bu gün bunu ermənilərin dünyaya “dini savaş” kimi car çəkməyə çalışmalarının heç bir əsası yoxdu. Yəni bu savaş xristianlığı qəbul edənlərə qarşı yönəlməmiş bir savaş idi”.

Qeyd edək ki, bu fikirləri Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi, Baş keşiş Konstantin Pominov söyləyib. Onun sözlərinə görə, bu müharibə, ümumiyyətlə, heç bir dini xarakter daşımayıb.

Beləliklə, “NEWS.ru”-ya danışan rus din adamı sayt əməkdaşına fikrini bəzi müqayisəli faktlarla çatdırmağa çalışıb.

İlk olaraq, bu müharibəni Azərbaycan tərəfindən qurtuluş savaşı kimi dəyərləndirən Pominov deyib: “...Azərbaycanın ərazisinin, özü də nə az, nə çox təxminə 20 faizi ermənilər tərəfindən işğal edilmişdi. Siz, sadəcə olaraq, təsəvvür edin ki, bu, Rusiyanın bütün Ural ərazisinə bərabərdir. Sual edirəm, Uralın ruslardan alınmasına Rusiya 30 il dözüb dayanardımı?”.

Azərbaycanın işqal olunmuş sərhədlərində hər ay, hər həftə ermənilər tərəfindən törədilən təxribatlara Azərbaycan tərəfi 30 il ərzində “səbr” nümayiş etdirərək, dözdü. Münaqişənin sülh yolu ilə həll edilməsinə çalışdı. Bu ərəfədə Bakı, Fransa və təbii ki, Rusiya da daxil olmaqla beynəlxalq təşkilatların, xarici dövlətlərin iştirakı ilə müxtəlif formatlarda danışıqlara qatıldı. Amma bütün bunların heç bir nəticəsi olmadı və təbii ki, bütün bunlarda əsas günahkar kimi mən qarşı tərəfi, erməniləri görürəm.

Qeyd edək ki, Pominov burada maraqlı bir müqayisə də gətirir. O, bu gün erməni havadarlaından olan Fransa rəhbərliyinə sual ünvanlayır ki, məgər bu gün ermənilərə qahmar çıxan Fransa Elzas və Lotaringiya kimi ərazilərini itirməklə barışardımı?

“Təbii ki, mən Rusiyanın Uralı və ya Böyük Britaniyanın İrlandiyanı onların əlindən “alınmaları” ilə 30 il müddətinə qədər susaraq passivlik göstərmələrini təsəvvür etmirəm. Əlbəttə ki, onlar bununla barışmayıb cəngə qalxardılar. Məhz bu mənada Azərbaycan da, öz haqq işi uğrunda mübarizəyə qalxıb ərazilərini azad etdi”.

Pominov müharibə başa çatdıqdan sonra Azərbaycandakı dindarların hüquqlarına hörmətlə bağlı verdiyi bütün vədləri yerinə yetirdiyini də xatırladıb. Rus din adamı, bəzi maraqlı tərəfləri bu münaqişəni “Xristian dəyərləri uğrunda mübarizə” kimi təqdim etməyə çalışdıqlarını əsasız sayaraq, onları qınayıb: “Mən bu gün əminliklə deyə bilərəm ki, bu münaqişəni dinlərarası, “Xristianlar əleyhinə” kimi təqdim etmək cəhdləri tamamilə uğursuz oldu”.

Bu gün Azərbaycanda təkcə pravoslav xristianlarının deyil, həm də katolik və lüteranların, həmçinin Pentikostal və baptistlərin kifayət qədər böyük icmalarının yaşadığını xatırladan din adamı, Azırbaycan dövlətinin bütün dinlərə qarşı gözəl bir münasibət sərgilədiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...