"Milli birliyə çox böyük ehtiyac var" - APARAT RƏHBƏRİ AÇIQLADI

“Siyasi partiyaların tədbirində çıxış edənlərin əksəriyyəti bu fikirdə oldular ki, bundan sonra da milli birliyə çox böyük ehtiyac var və bu, həqiqətən də, belədir. Hələlik, biz Qarabağ məsələsi ilə bağlı nəzərdə tutduğumuz bütün planları həyata keçirə bilməmişik. Müəyyən nüanslar var ki, bunun həllİ tələb olunur”. Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, fərqli fikir ayrılığına səbəb olan nüansları şişirtməyə ehtiyac yoxdur: “Biz daha çox birliyə aparan nöqtələri qeyd etməliyik və ora vurmalıyıq. Fikir fərqliliyinə və konfliktlərə aparan məsələləri şişirtməliyik”.

M.Rəhimli onu da bildirib ki, hər hansı bir tədbirlərdə iştirak etməyən siyasi qüvvələri ittiham etməyə ehtiyac yoxdur, bu, xeyirdən daha çox zərər gətirə bilər: “Ona görə də, bu məsələləri geniş şəkildə ictimai müzakirəyə çıxarmağın effekti olmayacaq. Daha çox milli birlik istiqamətində xidmət göstərən addımlar atmalıyıq və bunu müzakirə etməliyik. Yəni daha çox ümummilli mənafelərə fayda verən əməkdaşlıq gündəmdə olmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə