"Prezidentin verdiyi mesajlar ermənilər üçün ciddi siqnal olmalıdır" - DEPUTAT REAKSİYA VERDİ

“Şuşada quruculuq işləri görüldükcə, ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə infrastruktur bərpa olunduqca ermənilər bir daha dərk edir ki, bu torpaqlar həqiqətən də Azərbaycan torpaqlarıdır və bura onların qayıtması sual altındadır. Onlar bura ancaq bir şərtlə qayıda bilərlər ki, Azərbaycan Konstutusiyasına uyğun olaraq Azərbaycan vətəndaşı kimi yaşasınlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, cənab Prezident işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı verdiyi mesajlarda qeyd edir ki, biz artıq müharibə fazasını bitirmişik: “Biz dinc quruculuq işləri, iqtisadi-mədəni məsələlərlə, tarixi abidlərin və həmçinin tariximizin bərpası ilə məşğuluq. Ermənilərin müharibə anonsu ilə əlaqədar verdikləri açıqlamalara cavab olaraq deyə bilərik ki, dəmir yumruğun öz yerində olduğunu unutmasınlar”.

A.Nağıyev vurğulayıb ki, ermənilər axır-əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduqlarını başa düşməli və delimitasiya-demarkasiya məsələsinin həllinə getməlidirlər: “Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh sazişini imzalamalıdırlar. Altılıq formata uyğun olaraq bütün kommunikasiyaların, eləcə də Zəngəzur dəhlizinin açılması barədə cənab Prezident öz nitqində çox ciddi mesajlar verib. Yəni, erməni tərəfi birmənalı şəkildə dərk etməlidirlər ki, saxta tarixlə, yalanla, havadarlarına güvənməklə bu proseslərdən yan keçə bilməyəcəklər. Ona görə də fikrimcə, cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri və həmin səfər çərçivəsində çıxışları zaman verdiyi mesajlar ermənilər üçün ciddi siqnal olmalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə